ramadan
hr-team-llc-insan-resurslari-uzre-mutexessis-axtarir
Müəllif: Publisist.az /Tarix: 2025-01-09 /Oxunma Sayı: 197

HR Team LLC İnsan Resursları üzrə mütəxəssis axtarır!

İş rejimi : 5 günlük iş rejim
Əmək haqqı: 800 AZN ( namizədin bilik bacarıqlarına uyğun olaraq dəyişikliklər ola bilər )
Ünvan : Bakı şəh, Nərimanov ray, A.Salamzadə küç.ev 65A
Vəzifə öhdəlikləri:
· Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
· Aylıq iş vaxtının uçot tabellərin hazırlanması;
·  Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
·  Əməkhaqqı kartlarının sifarişinin verilməsi;
·  Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
·  İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
·  Məzuniyyət qrafikinin tərtib edilməsi ;
·   İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
·   İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
·   Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
·   Xidmət göstərilən müəssisələrə əmək qanunvericiliyi ilə əlaqədar mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi;
·   DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavanlandıırlması;
·  Vəzifə təlimatlarının yazılması.

Namizədə dair tələblər:

- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
- Kollektiv və işçiheyəti ilə işləmə bacarığı;

Maraqlananlar CV-lərini  nurana.novruzlu@hrteam.az elektron ünvanına 09.02.2025-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur