ixtisasimi-neye-esasen-secmeliyem
Müəllif: Kamal Mahmudov /Tarix: 2021-09-13 /Oxunma Sayı: 723

İxtisasımı Nəyə Əsasən Seçməliyəm?

İxtisas seçimi həyatımızda ən önəmli məsələlərdən biri olmaqla yanaşı gələcəyimizin eləcə də taleyimizin dəyişməsinə səbəb ola bilər.

Bilirəm məqaləyə bir az dramatik başladım, hansı ki, mənim yazı üslubumun əksidir, amma insanların yanaşması belədir.

Anlamıram ki, nəyə görə insanlar əslində bir o qədər də əhəmiyyətli olmayan məsələlərə çox böyük məna yükləyirlər?!

“Kamal, ixtisas seçimi əhəmiyyətli deyil ki?”

Mənim demək istədiyim bu deyil. Nəinki ixtisas seçimi, həyatımızda atıdığımız bütün addımlar, fərq etməz böyük və ya kiçik, bizlər üçün əhəmiyyətli olmalıdır.

Amma insanların ixtisas seçiminə yanaşmaları çox zaman yalnış olur:

“Kamal, səncə filan sahədə pul var? Bu ixtisası seçsəm yaxşı olar?”

Və yaxudda ixtisas seçimini mütləq hansısa bir universitetə qəbul olmaqla əlaqələndirirlər, (böyük ehtimal ki, ailə psixologiyasından irəli gəlir) halbuki peşə məktəbini bitirib öz biznesiniz quran və Bakı Dövət Universitetinin Hüquq fakultəsinə 650 bal ilə daxil olub, yuxarı dərəcə ilə məzun olub, hazırda ofisiant işləyən birini tanıyıram.

Ofisiant işləməkdə ayıb heç bir şey yoxdur, amma ümid edirəm ki, nə demək istədiyimi anladın.

İnsanlar yalnış yerə fokuslanırlar. “Daha çox hansı işi görməkdən yorulmaram” əvəzinə “daha çox pul gətirən iş hansıdır”-a fokuslanırlar.

“Axı Kamal, sevdiyimiz işi tapmaq asan deyil!”

Asan deyil bəli, amma həyatda asan nə varki?

Oturub nə vaxtsa səndə hansısa bir işə qarşı məhəbbət yaranacağını gözləmək ağılsızlıqdan başqa bir şey deyil. Sən, erkən yaşlarında, bacardığın qədər fərqli işlərdə özünü yoxlamalısan ki, hansı işə marağının olduğunu özün üçün müəyyənləşdirə biləsən.

“Bir sahədə özümü neçə ay yoxlamalıyam bəs?”

Bu sualın cavabını özün “hiss edəcəksən”. “Artıq bu mənlik deyil”, ya da “Deyəsən bu işi sevməyə başlayıram” dediyin anadək. Bu, həftələr, aylar və ya illər çəkə bilər.

Uzun sözün qısası, ixtisas seçimi önəmlidir, amma bu seçimdə istifadə edəcəyimiz filterlər də onun qədər əhəmiyyət daşıyır. Artıq filterlərin nə mənaya gəlməsini sənin düşünməyini istəyirəm.

Zaman ayırıb məqaləni oxuduğun üçün sənə təşəkkür edirəm.

Karyera seçimi və iş tapmaq ilə bağlı oxumağını istədiyim 2 məqaləm var:

  1. Karyera seçimi zamanı nələrə diqqət etməliyik
  2. Tələbələrin Linkedin strategiyası

Paylaş:

  1. Həyat insana daha çox öyrədir nəinki məktəblər.

    Karyera inkişafım çox, amma çox keşməkeşli olub. Ağlınıza gələn və gəlməyən bir çox işdə  çalışmışam. Metal yığıb satmaq, çörək zavodu, ofisiant, avtobus konduktoru, maşın ustası, reklam agenti və s. Düzdü bunlar barəsində yaxın zamanlara qədər şikayətlənsəmdə anladım ki, hazırda həyatda nail olduğum bütün uğurları məhz keçmiş iş təcrübələrimə borcluyam, qeyri-rəsmi işlər olsada belə.