İnsan hüquqları tarixindən...
İnsan hüquqları ideyasının əsasında dayanan iki başlıca dəyər insan ləyaqəti və bərabərlikdir. İnsan hüquqları layiqli həyat üçün vacib olan əsas standartlar kimi başa düşülə bilər; onların universallığı isə, ən azından bu sahədə, bütün insanların bərabər olması ilə bağlıdır. Biz onlar arasında ayrı-seçkilik etməməliyik və edə bilmərik. Bu iki inam və ya dəyər, həqiqətən də, özünü insan hüquqları ideyasına həsr etmək üçün tələb olunan hər şeyi əhatə edir və onlar mübahisəli deyil. Buna görə də, insan hüquqları dünyadakı hər mədəniyyət, hər sivil hökumət və hər əsas dindən dəstək alır. Demək olar ki, universal olaraq dövlət gücünü məhdudiyyət qoyulmadan və ya birtərəfli qaydada tətbiq edilə bilməz; dövlətin yurisdikasiyası altında olan bütün insanların müəyyən minimum insan ləyaqəti tələblərinə uyğun şəkildə yaşaya bilməsi üçün dövlətin gücünə müvafiq səviyyədə məhdudiyyət qoyulmalıdır.
Bu iki fundamental dəyərdən bir çox digər dəyərlər çıxarıla və onlar insanlar və cəmiyyətlərin praktikada necə birgə mövcud olmasını daha dəqiq şəkildə müəyyən etməyə kömək ola bilər. Məsələn: Azadlıq: çünki insan iradəsi insan ləyaqətinin mühüm hissəsidir. İradəmizin əksinə nəyisə etməyə məcbur olunmaq bizi ruhdan salır. Digərlərinə hörmət: çünki istənilən şəxsə qarşı hörmətin çatışmazlığı onun fərdiliyi və ləyaqətinin dəyərləndirilməməsinə səbəb olur. Ayrı-seçkiliyə yol verilməməsi: çünki insan ləyaqəti ilə bağlı bərabərlik o deməkdir ki, biz digər insanların hüquq və imkanlarını onların xüsusiyyətləri əsasında mühakimə etməməliyik. Dözümlülük: çünki dözümsüzlük fərqliliyə hörmətin çatışmaması deməkdir; bərabərlik eynilik demək deyil. Ədalət: çünki bərabər insanlar ədalətli rəftara layiqdir. Məsuliyyət: çünki digərlərinin hüquqlarına hörmət şəxsin hərəkətlərində bütün hüquqların təmin edilməsinə səy göstərilməsi ilə bağlı məsuliyyət doğurur.
İnsan hüquqlarının xüsusiyyətləri
Filosoflar insan hüquqlarının təbiəti barəsində müzakirələrinə davam edə bilərlər, lak-in beynəlxalq ictimaiyyət 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etməklə insan hüquqlarının təmin olunması üzrə diqqətəlayiq öhdəlik götürməyə başlamışdır. Həmin vaxtdan bəri beynəlxalq ictimaiyyət bir çox beynəlxalq, regional və ölkədaxili hüqu-qi vasitələrə ÜİHB-in güclü anlayışlarının daxil edilməsinə nail olmuşdur. ÜİHB-in hüquqi cəhətdən öhdəlik yaratması nəzərdə tutulmamışdı, lakin sonradan bir çox hüquqi öhdəlik yaradan müqavilələrdə (digər adı ilə “konvensiyalar” və ya “paktlar”) ÜİHB normalarının əks olunması hazırda onun malik olduğu hüquqi qüvvəni danılmaz edir. Aşağıdakı prinsiplər əsas götürülür:
İnsan hüquqları alına bilməz.
Bu, o deməkdir ki, siz onları itirə bilməzsiniz, çünki onlar sizin insan olmağınız faktı ilə yaxından bağlıdır və anadangəlmə bütün insanlara xasdır. Fövqəladə hallarda on-lardan bəziləri – hamısı deyil – dayandırıla və ya məhdudlaşdırıla bilər. Məsələn, bir şəxs cinayət törətməkdə təqsirli bilinərsə, onun azadlıq hüququ əlindən alına bilər; yaxud milli fövqəladə halla bağlı hökumət ictimai şəkildə bəyan etməklə müəyyən hüquqların təmin olunmasını dayandıra bilər, məsələn, komendant saatı tətbiq etməklə hərəkət azadlığını məhdudlaşdırmaq.
İnsan hüquqları bölünməz, qarşılıqlı asılı və əlaqəlidir.
Bu, o deməkdir ki, müxtəlif insan hüquqları daxilən bir-biri ilə əlaqəlidir və bir-birindən ayrı nəzərdən keçirilə bilməz. Bir hüququn təmin olunması bir çox digər hüquqlardan asılıdır və heç bir insan hüququ digərlərindən daha əhəmiyyətli deyil.
İnsan hüquqları universaldır.
O deməkdir ki, onlar dünyadakı bütün insanlara vaxt məhdudiyyəti qoyulmadan bərabər şəkildə şamil olunur. Hər bir insanın “irqi” və ya etnik mənşəyi, dərisinin rəngi, cinsi, əlilliyi, dili, dini, siyasi və ya digər baxışları, milli və ya sosial mənşəyi, anad-anolma və ya digər statusuna görə fərq qoyulmadan öz hüquqlarından istifadə etmək haqqı vardır.
Qeyd etməliyik ki, insan hüquqlarının universallığı heç bir halda fərdlərin zəngin fərqliliyini və ya müxtəlif mədəniyyətləri təhlükə altına almır. Universallıq eynilik demək deyil. Fərqlilik hamının bərabər olduğu və hörmət olunduğu dünyada mümkündür. İnsan hüquqları bütün insanlara tətbiq olunan minimum standartlar kimi xidmət edir; hər bir dövlət və cəmiyyət daha yüksək və daha spesifik standartları müəyyən etməkdə və tətbiq etməkdə azaddır. Məsələn, iqtisadi, sosial və mədəni hüquqlar sahəsində bizim bu hüquqların tam reallaşmasını tədricən təmin etmək üçün addımlar atmaq öhdəliyimiz var, lakin buna nail olmaq üçün vergiləri qaldırmaqla bağlı qəti mövqe mövcud deyil. Hər bir dövlət və cəmiyyət öz şərtlərinə uyğun olaraq belə siyasətləri qəbul etməlidir.
Tarixi çərçivə
İnsanların anadangəlmə müəyyən hüquqlara malik olması fikri bir çox mədəniyyətlər və ənənələrdə kök salmışdır. Biz bir çox möhtərəm liderlərin və mühüm təsirə malik davranış kodekslərinin nümunəsində insan hüquqları dəyərlərinin nə “Qərb tərəfindən yaradılmadığını”, nə də 20-ci əsrin ixtirası olmadığını görürük. Onlar universal insan ehtiyaclarına və ədalət axtarışlarına cavabdır. Bütün insan cəmiyyətlərinin öz şifahi və ya yazılı ənənələrində əks olunan idealları və ədaləti təmin etmək üçün sistemləri olub, lakin heç də onların hamısı günümüzə qədər gəlib çatmayıb.
Qədim Tarix
- Babildə Hammurapi Qanunları (İraq, e.ə. 2000) Babil kralı tərəfindən hazırlanmış ilk yazılı hüquqi qanun idi. Burada “krallıqda ədalətin hökm sürməsini təmin etmək, pislik və zorakılığı aradan qaldırmaq, güclünün zəifi istismar etməsinin qarşısını almaq, ... ölkəni maarifləndirmək və insan rifahını yaxşılaşdırmaq” vəd olunurdu.
- Qədim Misir Fironu (e.ə. 2000), deyilənə görə, onun əmri altında olanlara göstəriş vermişdir ki, “Yuxarı və ya Aşağı Misirdən şikayətçi gəldikdə ... hər şeyin qanuna uyğun olaraq edilməsi təmin olunsun, qaydalara əməl edilsin və hər kəsin hüququ-na hörmət edilsin.”
- Kirin Qanunları (İran, e.ə. 539) İran kralı tərəfindən öz krallığındakı insanlar üçün hazırlanmışdı və azadlıq, təhlükəsizlik, dini dözümlülük hüquqlarını, hərəkət azadlığını, köləliyə məruz qalmamaq hüququnu və bəzi sosial və iqtisadi hüquqları əhatə edirdi.Konfutsinin nəzəriyyəsində (e.ə. 500) şəfqət anlayışı və digərlərini sevmək mərkəzi yer tutur. Konfutsi demişdir ki, “Özün üçün arzulamadığını başqalarına da arzulama”. ÜİHB-nin hazırlanmasında fəal rol oynamış,
- Konfutsianizm üzrə çinli mütəxəssis Dr. Penq-çun Çanq Konfutsianizmin insan hüquqları ideyalarının əsasında dayandığına inanırdı. İmam Əli İbn Əl Hüseyn eramızın 8-ci əsrində Hüquqlar üzrə Məktub yazmışdı.
- Malik olduğumuz məlumatlara əsasən, bu məktub həmin dövrdə qəbul edilən əsas hüquqları əks etdirən ilk sənəd və hüquqlar anlayışına mənfi tərəfdən yanaşmayan ilk cəhd idi. Məktub metodoloji olaraq 50 hüququ sıralayırdı. Həmin hüquqlar İslamın ilk öyüdlərinin ruhunda özünü göstərir.
- Charte du Mande (b.e. 1222) və Charte de Kurukan Fuga (b.e. 1236), Qərbi Afrikanın şifahi ənənələrinin kodifikasiyasına əsaslanaraq desentralizasiya, ətraf mühitin qorunması, insan hüquqları və mədəni müxtəliflik prinsiplərini rəhbər tutur.4
- Afrika yanaşması olan “ubuntu” insan olmağın əsasında nəyin dayandığını əhatə edir. Ubuntu icmanın bütün üzvlərinə münasibətdə hörməti, qonaqpərvərlik və əliaçıqlığı vurğulayır. Ubuntu anlayışı qısa şəkildə belə ifadə oluna bilər: “İnsan digər insanlar vasitəsilə insandır”. Bu anlayışın insan hüquqları üçün dərin nəticələri var. Əgər biz digərləri vasitəsilə insanıqsa, onda digər bir şəxsi insanlıqdan çıxardıqda biz də insanlıqdan çıxırıq – digərlərinin hüquqlarını təmin etmək ehtiyacı, bağışlamaq və bağışlanmaq, digərlərinin insan hüquqlarına hörmətlə yanaşmaq məsələləri də burada əhatə olunur.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur