k-sindromu
Müəllif: Publisist.az /Tarix: 2022-01-12 /Oxunma Sayı: 524

"K" sindromu

 
Nasistlərin Romanı işğal etməsi ilə İtalyan yəhudiləri sürgün edilir və əsir düşərgələrinə göndərilirdi.
1943-cü ildə Romada Tiber yaxınlığında bir yəhudi gettosuna basqın edilir. Roma ətrafındakı basqınlarda 1200 Yəhudi güllələnir. Bu qırğından yalnız 15 nəfər xilas olur. Gettodan qaçan yəhudilər Romadakı Fatebenefratelli xəstəxanasına sığınırlar.
Xəstəxana sığınacaq axtaranların üzünə qapılarını açaraq onları qorumağa başlayır.
 
Doktor Giovanni Borromeo və həkim dostları xəstəxanaya sığınan yəhudiləri bir şəkildə qorumaq istəyirdilər. Xəstəxanaya sığınan yəhudilərdə karantin altında saxlanılması lazım olan və xariclə əlaqə qurulmaması vacib olan çox ciddi bir uydurma xəstəlik yaradılır. Xəstəliyin adı “K "sindromu”olaraq yazılır.
 
Xəstəliyin simptomları vərəmin simptomları ilə demək olar ki, eyni idi.
Əslində mövcud olmayan bu xəstəlik uzun illər nasistlər üçün həqiqi və təhlükəli sayılırdı.Onlar “K" sindromlu yəhudilərə yaxınlaşmaqdan qorxurdular. Bir müddət sonra xəstəxananın yəhudilərə yaxın olması nasist əsgərlərin diqqətini çəkir, ora basqın edirlər. Ancaq həkimlər və xəstələr artıq bu basqına hazır idilər. Tibbi sənədlərdə bütün yəhudilər "K"sindromundan əziyyət çəkdiyi göstərilirdi. Xəstələr həqiqətən bir vərəm xəstəsi kimi öskürürdülər. Bu uydurma xəstəlik çox sayda yəhudinin həyatının xilas olmasına səbəb olmuşdu.
 
2016-cı ildə xəstəxanaya sığınan yəhudilərin iştirakı ilə mərasim keçirilir. Mərasimdə yəhudilərin həyatını xilas edən xəstəxanaya "Həyat Evi" mükafatı verilir.
 
Xəyyam Ağa

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur