“Keyfiyyətin idarə olunması” şöbəsinə təcrübə proqramı
“Araz Supermarket” MMC “Keyfiyyətin idarə olunması” şöbəsinə təcrübə proqramını açıq elan edir.
Tələblər nədir?
– Ali Təhsil (kimya mühəndisliyi, qida mühəndisliyi və bu kimi əlaqədar ixtisaslar üzrə)
– Yeni bilik və bacarıqlar öyrənmək istəyi
– Yüksək ünsiyyət qabiliyyəti
– İngilis dili biliyi (min B1 səviyyə)
Proqram son kurs bakalavr tələbələri və ya magistr dərəcəsində təhsilini davam etdirənlər, həmçinin universitetdən son 2 ildə məzun olan şəxslər üçün nəzərdə tutulur.
Qeyd edək ki, təcrübə proqramı 3 aylıqdır, rəsmi və ödənişlidir. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclər, davamlı işlə təmin oluna bilərlər.
Təcrübə proqramına müraciət etmək istəyən namizədlər CV-ləri nuray.mammadli@retail.az ünvanına “Təcrübə proqramı- Keyfiyyətin idarə olunması” başlığı altında yönəldə bilərlər, qeyd olunan başlıq altında göndərilməyən CV-lərə baxılmayacaq.
Son müraciət tarixi: 15.03.2022
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur