sergi-satis-yarmarkalari-kecirilecek
Müəllif: Publisist.az /Tarix: 2022-04-13 /Oxunma Sayı: 334

Sərgi-satış yarmarkaları keçiriləcək

KOB-ların məhsullarından ibarət sərgi-satış yarmarkaları keçiriləcək
 
Bakıda və regionlarda mikro və kiçik sahibkarların məhsul və xidmətlərindən ibarət sərgi-satış yarmarkaları – #KOBFest təşkil olunacaq. #KOBİA-nın dəstəyi ilə keçiriləcək yarmarkaların məqsədi mikro və kiçik #sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin satışına və tanıdılmasına dəstək olmaqdır.
 
İlk yarmarka 25-26 aprel tarixlərində “İçərişəhər”də (Qoşa Qala Meydanı) təşkil olunacaq. Yarmarkada #KOB-ların istehsal etdiyi qida və qeyri-qida məhsulları, əl işləri satılacaq. Yarmarka çərçivəsində sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaq.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlar müvafiq formanı doldurmaqla KOBİA-ya müraciət edə bilərlər.
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur