ramazan-bayrami-2022-ci-il
Müəllif: Publisist.az /Tarix: 2022-04-21 /Oxunma Sayı: 4723

Ramazan Bayramı 2022- ci il

Nazirlər Kabinetinin “2022-ci il üçün Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

Qərara əsasən həmin günlər qeyri-iş günləri hesab edilir. 

Ramazan bayramı hər bir müsəlmanın böyük həvəslə gözlədiyi dini bayramlardan biridir. Bu bayrama Azərbaycanda da böyük maraq vardır. Müsəlman dünyasında Ramazan “Ayların sultanı” olaraq da adlandırılır. Xüsusilə ailələrin bir ay boyunca sevərək oruc tutması, qohumların bir-birinin evinə gedib bayramlaşması, uşaqlara hədiyyələr alınması kimi gözəl ənənələri gətirən Ramazanı məhz bu xüsusiyyətlərinə görə sevirlər. Ramazan bayramı yaxınlaşdıqca insanların üzündəki sevinci görməmək qeyri-mümkündür.

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur