kinolab-senedli-film-emalatxanasi-layihesine-qebul-basladi
Müəllif: Publisist.az /Tarix: 2022-01-10 /Oxunma Sayı: 449

KinoLab sənədli film emalatxanası layihəsinə qəbul başladı

KinoLab sənədli film emalatxanası layihəsinə qəbul

Bakıda yenicə təsis olunmuş KinoLab kino emalatxanası sənədli filmə yeni başlayanlar,film ideyası olanlar lakin bu layihəni necə reallaşdırmaq və əsası necə maliyyələşdirmək proseslərindən hali olmaq istəyən iştirakçıların,gənc filmmeykerlərin qəbulunu elan edir.

Kursda iştirak ödənişsizdir.Seçilən hər bir iştirakçıya sonda öz yeni və ya ilk filmlərinin tizerini çəkmək üçün müəyyən məbləğdə təqaüd nəzərdə tutulub.

Qalib iştirakçı 1000 dollar məbləğində mükafat qazanacaq. Əgər juri 2 nəfəri qalib seçərsə məbləğ iştirakçılar arasında bölünəcəkdir.

Təlim kursu xarici mütəxəssislər tərəfindən aparılacaq.Dərslərin ünsiyyət və tədris dili ingilis dilidir.

Layihə barədə daha ətraflı məlumat üçün sayta keçid: https://www.kinolab.az/opencall

Layihəyə müraciət linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSd4Va8LzujSff_EHl9vc6UtxS0-s79pDrq2wd_YI2WCTUrIfg/viewform

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur