kosmik-geminin-icinden-dunyaya-el-salladigini-dusun
Müəllif: Publisist.az /Tarix: 2021-04-06 /Oxunma Sayı: 446

Kosmik gəminin içindən dünyaya əl salladığını düşün!

Kosmik gəminin içərisindən dünyaya əl salladığını düşün!
Kosmonavt olduğunu düşünmək necə də həyəcanlıdır.

Bəs bir insan necə kosmonavt ola bilər ? Dərhal düşünə bilərsən ki, “kosmonavt olsam harada işləyəcəm?”. Bu barədə narahat olma. Çünki, NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) dünyanın fərqli ölkələrindən kosmovantlarla görüşüb işə qəbul edir. Sən yetər ki, bunu həqiqətən istə! Fərqli ölkələrdə də NASA kimi qurumlar mövcuddur. Hər birinin şərtləri fərqli olsa da, səninlə ümumi şərtləri paylaşaq.

Kosmonavt olmaq üçün ilk şərt elm insanı olmaqdır. Mühəndislik, biologiya, riyaziyyat kimi ixtisaslar kosmovant olmaq yolunda sənə daha çox kömək edəcəkdir. NASA’da heyvanlar və mikrobitkilər üzrə ixtisasları bitirən kosmonavtlarda var. Kosmonavtların əksəriyyətinin magistr təhsili aldığını da bilməlisən. Riyaziyyat və komputer texnologiyaları haqqında yüksək məlumata malik olmalısan. Çünki nəhəng bir kosmos gəmisi kilometrlərlə uzaqlıqda sənin məsuliyyətində olacaq. Fiziki özəlliklərə gəldikdə isə, ümumi olaraq gözlərin çox yaxşı görməlidir və 160 ilə 190 arasında boyun olmalıdır. İngilis və rus dillərini mükəmməl bilməlisən. Daha sonra psixoloji və fiziki testlərdən keçmək lazımdır. Bütün bu şərtlər səni fikrindən yayındırmasın. İstədiyin şeyə və özünə inanmaq ən önəmlisidir əslində. Əgər kosmonavt olmaqı qarşına məqsəd qoysan, olmamağın üçün heç bir səbəb olmaz.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur