leyli-ve-mecnun-kitabi-ile-bagli-informasiyalar-ukrayna-metbuatinda
Müəllif: Publisist.az /Tarix: 2021-07-21 /Oxunma Sayı: 366

“Leyli və Məcnun” kitabı ilə bağlı informasiyalar Ukrayna mətbuatında

Ukraynanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının təqdimat mərasimi ilə bağlı geniş informasiyalar yerləşdirib.

Dövlət Tərcümə Mərkəzindən verilən xəbərə görə, materiallar Ukrayna Ali Radasının rəsmi mətbuat orqanı “Qolos Ukrainu”, “Biznes revyu”, “Ukrainskiy interes”, “Den” qəzetləri, “Kyiv Diplomatik” və Ukrayna Milli Ədəbiyyat Muzeyinin rəsmi portallarında yayımlanıb.

Xatırladaq ki, “Nizami İli” ilə əlaqədar Ukraynanın zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında çap olunmuş kitab bu yaxınlarda Ukrayna Milli Ədəbiyyat Muzeyində ədəbi ictimaiyyətə təqdim olunmuşdu.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur