mehemmed-emin-resulzadenin-arxivi-mektublari-sekilleri-kitablari
Müəllif: Publisist.az /Tarix: 2022-02-01 /Oxunma Sayı: 1421

Məhəmməd Əmin Rəsulzadənin arxivi - məktubları, şəkilləri, kitabları...

İctimai-siyasi xadim, mühərrir, ideoloq, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadəyə aid şəxsi arxivimizdə müxtəlif materiallar mövcuddur. Bu materiallar Türkiyənin İstanbul şəhərində müxtəlif bukinistlərdən, hərraclardan satın alınaraq toplanılıb. Materialların əksəriyyətinin qaynağı eynidir, vaxtilə İstanbulda fəaliyyət göstərmiş Azerbaycan Kırtasiye Mağazasının arxivindən günümüzə çatıbdır.

Materialları formasına uyğun olaraq aşağıdakı şəkildə qruplaşdırdıq.

İstanbula göndərilmiş Azərbaycan Heyəti-Mürəxxəsəsinin üzvləri Osmanlı nümayəndələri ilə. İstanbul, 1918-ci il iyunun sonu. Soldan. Öndə: polkovnik Əbdülhəmid Qaytabaşı (müşavir), Məhəmmədəmin Rəsulzadə (Heyəti-Mürəxxəsə rəisi), Osmanlı Böyükelçisi Muxtar bəy (Heyətin mehmandarı), Xəlil bəy Xasməhəmmədov (mürəxxəs), Aslan bəy Səfikürdski (mürəxxəs); Arxa sıra: Əkbər ağa Şeyxülislamov (müşavir), (?), Əhmədcövdət Pepinov (müşavir) və Osmanlı təmsilçiləri.

“Azərbaycan” qəzetinin redaksiya işçiləri və yazarları. Bakı, 1919-cu il. Soldan sağa. Öndə oturanlar: Piri Mürsəlzadə, Rəhim ağa Vəkilov; Orta cərgədə: Hənəfi Zeynallı, Rübabə xanım Tağızadə (Parlamentdə idarə qulluqçusu), Şəfiqə xanım Əfəndizadə, Məhəmmədəmin Rəsulzadə, Səhra xanım Paşazadə (Parlamentdə idarə qulluqçusu), Üzeyir bəy Hacıbəyli, Mustafa ağa Vəkilov; Ayaq üstə duranlar: Əbdül Əbdülzadə, Mirzə Hadi Atlasov, Hacıibrahim Qasımov, Məhəmmədəli Sidqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn Sadiq, Xəlil İbrahim, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdüssəlimzadə.

Rəsulzadə Finlandiyada. Hüvinkəə şəhəri, 1922-ci il. Soldan sağa: Abdullah Battal Taymas, tacir Mustafa Salah (tatar), Məhəmmədəmin Rəsulzadə, Lütfi İshaqi.

Azəri-Türk Gənclər Birliyinin təşil etdiyi Azərbaycanın istiqlalının 9-cu ildönümü şənliyində. İstanbul, 28 may 1927-ci il. Fotodakı bəzi şəxslər: Məhəmmədəmin Rəsulzadə, Xəlil bəy Xasməhəmməd, Şəfi bəy Rüstəmbəyli, Mustafa Vəkiloğlu, Məhəmmədsadıq Aran, Şəfiqə xanım Qaspıralı, Kərim Odər.

Cümhuriyyətin 10-cu ildönümü münasibətilə. İstanbul, 28.05.1928-ci il. Soldan sağa. Ön cərgə: Mirzəbala Məhəmmədzadə, Məhəmmədəmin Rəsulzadə, Abbasqulu Kazımzadə; Arxa cərgədə sağdan birinci: Əli Azərtəkin

Çimərlikdə çəkilmiş fotoşəkli. Arxasında imzası və ithafı mövcuddur: “Kardeşim Mehmet Aliye. 28.08.1929”

Polşadan göndərdiyi açıqcalar (3 ədəd)

 

Məhəmmədəli Rəsulzadəyə göndərdiyi açıqca. 14.07.1932

Mətni:

Mur M.Ali Bey.

Kurtuluş, Bozkurt yakası № 41.

İstanbul (Turquie)

14/VII/32

Azizim!

Ayın 2sinden itibaren Lehistanın bu şirin ve gözel mesiresinde istirahatta ve tedavideyim.

Sizlere selam. Doktorlar tam istirahat talep ettiklerinden uzun yazmıyorum. Afv et.

Abbasqulu Kazımzadəyə göndərdiyi açıqca. 21.07.1932

Mətni:

Abbas Bey

Beyazitte Havuz karşısında "Azerbaycan" kirtasiye mag.

İstanbul (Turquie)

 

24/VII/32

Azizim Abaskuli!

Mektubunu aldım. Temennilerine ve vefakar tavsiyelerine teşekkür ederim. Lehistanın bu şirin yaylağında istirahattayım. Yeriniz malum. 3 hafta daha gezeceğim. Şeker yoktur. Fakat daha taplamadım. Mektubuna tafsilen sonra cevap vereceğim. Şu kadar yazayım ki, hiç te merak etme!

Baki gözlerinden öperim azizim!

M.Emin

Abbasqulu Kazımzadəyə göndərdiyi açıqca. 08.08.1932

Mətni:

Kazımzade Abbas Bey

Beyazitte, Havuz karşısında "Azerbaycan" kırtasiye mağazasında.

İstanbul (Turquie).

8/VIII/32

Azizim Abbas Bey!

25 ve 28/VII tarihli mektuplarını aldım. Verdiğin hoş haberlere teşekkür ederim. Ayın 20sine kadar buradayım; eger havalar düzelse. Çünkü 5 gündür bozuldu, şimdi açılıyor. Sihhatim: İştiham mükemmel, yukum eyi, şeker sıfır, rengim yanık, gözlerim ferlidir. 2 kilo da artmışam. Bir-iki kilo da alırsam yeter. İçmekte olduğum su naftuşadır. Nefit kokuyor. Neft-su.

Mirza Bey yakin ki kartını almıştır.

Arkadaşlara selam. Öperim seni.

M.Em.

Rəsulzadəyə göndərilən açıqcalar (2 ədəd)

İstiqlalçı şair Əmin Abiddən Rəsulzadəyə

Mətni:

Bükreş, 8 Teşrin-i evvel [Ekim] 1924

Muhterem Emin Bey

On gün Romanya’nın muhtelif şehirlerini gezdikten sonra Bükreş’e geldik. Burada hiç rahat ettiğimiz yoktur. Sabahtan akşama kadar muhtelif müessesatı geziniyoruz. İki gün sonra Silistre’ye hareket edeceğiz. Dobruca İslamları bir heyet göndererek bizi davet ettiler. Seyahatimize Romanya hükûmeti çok ehemmiyet veriyor ve her yerde bizim seyahatimize siyasi bir elbise giydirmeye çalışıyor. Hatta siyasetimizi Peşte’ye kadar temdit etmekten vaz geçmemize çok ceht sarf ediyorlar. Mamafih, bizi her yerde fevkalâde bir surete istiskal ediyorlar.

Baki hürmetlerimi takdim eder, …. Ahmet ve Mustafa beylere selamımı tebliğ rica ederim.

  1. Abid”

Şair, Cümhuriyyət tələbəsi Əli Yusifdən Rəsulzadəyə (8.12.1922)

Mətni:

“Hörmətli Məhəmmədəmin bəyəfəndi.

Çokdan bəri xidmətinizə yetişəmədim. Bu pazar günü görüşəcəyimizi umud eylərəm. Bilməm ki, pək yalnız qaldınızmı? Akşam saat 12-də zavoddan qayıdıyor, yorulmuş olduğumdan yalnız sabah saat 11-də qalkıyorum.

Təqdimi-səlam ilə Əli Yusif”

Kitabları və müxtəlif nəşrlər

“Azərbaycan Cümhuriyyəti. Keyfiyyət-i təşəkkülü və şimdiki vəziyyəti”. İstanbul, 1923-cü il. Cəlal Sahirə imzalı nüsxə.


“Əsrimizin Səyavuşu” kitabı. İstanbul, 1923-cü il
“İstiqlal məfkurəsi və gənclik” kitabı. İstanbul, 1924-cü il
“İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi” kitabı. İstanbul, 1928-ci il
Rəsulzadənin redaktorluğu ilə çıxan “Milliyyət və bolşevizm” toplusu. İstanbul, 1928-ci il
“Şəfibəyçilik” kitabı. 1934-cü il
“Çağdaş Azərbaycan ədəbiyyatı”. Berlin, 1936 (Rus dilində)
Varşavada çıxan kitabı. “İstiqlal mücadiləsində Azərbaycan”. 1938-ci il
“Azərbaycan Kültür Gələnəkləri”, Ankara, 1949-cu il
“Çağdaş Azərbaycan ədəbiyyatı”, Ankara, 1950-ci il
“Çağdaş Azərbaycan tarixi”, Ankara, 1951-ci il
Fəxri sədri olduğu Azərbaycan Kültür Dərnəyinin Nizamnaməsi. Ankara, 1949-cu il
“Azərbaycan şairi Nizami” kitabı. Enver Kölana imzalanmış nüsxə. Ankara, 1951-ci il
“Yeni Kafkasya” jurnalı (7 ədəd)


“Odlu Yurt” jurnalı (2 ədəd)
“İstiklal” qəzeti (1 ədəd)
“Kurtuluş” jurnalı (2 ədəd)
“İran türkləri” məqaləsinin dərc olunduğu “Türk Yurdu” jurnalı (3 ədəd)
“Müsavat Bülteni” (sayı 3, 1937)
“Azerbaycan” jurnalı (Rəsulzadənin sağlığında çıxan 30 sayı)
“Azerbaycan” jurnalının vəfatına həsr olunmuş özəl sayı (sayı 36, mart, 1955)
“Kafkasya” jurnalı (sayı 1, 1951)
Doğumunun 100-cü ildönümü münasibətilə Azərbaycan Kültür Dərnəyinin broşurası (Ankara, 1984-cü il)

Portreti (1 ədəd)

Karandaşla çəkilmiş portret. Arxasında yazılıb: “Türkiye Edirne şehrinde Muallim Mektebi talebelerinden Azerbaycanlı Abidin bey tarafından resm edilmiş olan Emin beyin fotoğrafıdır – 28.V.1932”

Dəfninin fotoşəkilləri (34 ədəd)

Kiçik albomda 10x15 ölçüdə 34 ədəd fotoşəkil

 

 

 

 

Müəllif: Dilqəm Əhməd
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur