niderlandda-tehsil
Müəllif: Publisist.az /Tarix: 2021-04-26 /Oxunma Sayı: 565

Niderlandda təhsil

Niderland son illərdə tələbələr tərəfindən ən çox seçilən ölkələr sırasındadır.

Buna səbəb təhsil üzərində dövlətin davamlı olaraq monitorinq aparması və tədrisin yüksək səviyyədə təmin olunmasıdır. Təsadüfi deyildir ki, burada olan 14 dövlət universitetindən 10-u dünyanın top 200 universiteti siyahısında yer almışdır.

Bu ölkə 1150-yə yaxın ingilis dilində proqram təklif edir və diplomu digər ölkələr tərəfindən tanınır. Bu proqramlara müraciət etmək istəyən şəxslər universitetin tələb etdiyi sənədləri ingilis dilində, notariat qaydasında təsdiqlənmiş şəkildə son qəbul tarixindən öncə göndərməlidirlər.

Qəbul üçün tələb olunan ingilis dili dərəcəsi TOEFL 500-550 bal və ya IELTS 6.0 baldan yuxarıdır. Təhsil haqqı bakalavr üçün 12000-30000 manat civarında, magistr təhsili üçün isə 16000-40000 civarında dəyişir. Özəl universitetlərdə isə qiymətlər daha yüksəkdir.

İllik yaşam xərci isə 1000-2000 manat təşkil edir. Təhsilin ilk ilində tələbələr tələbə yataqxanasında qalmalı sonrakı illərdə isə otaq kirayələməlidirlər. Təhsil alan tələbələrin çoxluğunu nəzərə alaraq aylar öncə otaq axtarışına çıxmağınız məsləhətlidir. Siz hətta qəbul aldığınız universitetdən otaq axtarmaq üçün yardım da ala bilərsiniz. Oxuduğunuz müddətdə həftədə yalnız 20 saat olmaqla işləməyə icazə verilir. Məzun olduqdan sonra isə siz 1 il iş icazəsi alaraq qalıb özünüzə uyğun işdə işləyə bilərsiniz.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur