nietzsche-filosofia
Müəllif: Publisist.az /Tarix: 2021-01-31 /Oxunma Sayı: 530

Nietzsche (FiloSofia)

ŞvartsMan

Çətinlik onun adını tələffüz etməklə başlayır. Birinci hissə "Ni", ikinci hissə isə "Çe" kimi səslənməlidir: " Ni Çe". Sonra biz onun qeyri-adi və provakativ frazaları ilə tanış olmalıyıq. "Məni öldürməyən şey məni güclü edir". "Allah öldü! Və onu biz öldürdük". Və onun yekə bığı.  Onun haqqında danışmaqla sehirli, müdrik və çox lazımlı olan bir filosofu kəşf edəcəyik. 
Friedrich Nietzsche 1844-cü ildə Şərqi Almaniyanın sakit bir kəndində atasının keşiş olduğu yerdə doğulub.O, məktəbdə və universitetdə çox yaxşı oxumuş və qədim yunancanı yaxşı öyrənərək, Bazel Universitetində professor olmuşdur (hələ 20 yaşlarında olarkən). Lakin onun rəsmi karyerası uğurlu olmamış, o işlədiyi akademiklərdən bezərək, işi atıb İsveçrənin (Alp) Sils Maria bölgəsinə köçmüş və burada sakit yaşayaraq öz şah əsərlərini yazmışdır. Adları: "Musiqinin ruhunda tragediyanın doğulması", "İnsan, həddindən artıq insan", "Şən Elm", "Zərdüşt belə deyirdi", " Xeyir və Şərin fövqündə", "Əxlaqın şəcərəsi" və s.
 
Onun xeyli problemi olmuş: ailəsi ilə yola getməmiş, "Mən anamı sevmirəm və bacımın səsini eşitmək belə mənə işgəncədir". Qadınlar onu rədd edirdilər. 
 
Kitabları satılmırdı. Və yalnız 44 yaşında Türin küçəsində öz sürücüsü tərəfindən vurulan  atı gördükdə dəli olur, qaçaraq onu qucaqlayıb, "mən səni başa düşürəm" deyə bağırır. O hadisədən sonra  heç vaxt özünə gələ bilmir və 11 kədərli ilin ardınca vəfat edir. Ancaq onun fəlsəfəsi qəhrəmanlıq və nəcibliklə dolu idi. O, özünün dediyi kimi "Selbstüberwindung" (Oxunuş:Zelbstübervindunq) idi. Yəni " özü-özünü aşan, üstələyən" Übermensch. Übermensch adlandırdığı bu böyük ruhlu insan həyatın onun üstünə atdığı hər şeyi qucaqlayıb bütün şərtlərini və çətinliklərini üstələyir. Niezsche öz kitablarında bizə bir şeyi öyrətmək istəyir: "Necə özümüz olmalıyıq". Onun fikri 4 əsas tövsiyyədə mərkəzlənir:
 
1. PAXILLIĞI QƏBUL ETMƏK.
 
Paxıllıq, Nietzschenin dediyi kimi, həyatın böyük bir hissəsidir. Ancaq Xristianlığın uzun-uzadı təsirləri ümumilikdə bizə öz paxıllıq duyğularımızdan utanmağı öyrədir və bizə şər əlaməti olaraq göstərilir. Beləliklə biz paxıllıq duyğularımızı özümüzdən və başqalarından gizlədirik. Ancaq Nietzsche paxıllığın, biz onu bələdçi kimi istifadə etdiyimiz müddətcə pis bir şey olmadığını müdafiə edirdi. Bizə paxıllıq yaşadan hər bir kəs, özümüzün bir gün necə olacağımızı bizə göstərməlidir. Paxıllığa təhrik edən yazıçı, ya da varlı və gücə sahib başçı bizə bir gün necə ola biləcəyimizi işarə edir. Bu o demək deyil ki, Nietzsche bizim həmişə  istəyimizə nail olacağına inanırdı (bunu ona öz həyatı yetərincə öyrətmişdi). O sadəcə təkid edirdi ki, biz öz gerçək arzularımızla üzləşməli, qəhrəmancasına savaşaraq ismət göstərməli və yalnız bu zaman böyük mənliklə uğursuzluğa kədərlənməliyik. "Übermensch" olmaq elə budur. 
 
2. XRİSTİAN OLMA!
 
Nietzsche xristianlıq haqqında çox qatı fikirlər deyirdi. "İncil"də yalnız bir nəfər hörmətə layiqdir: Ponti Pilat. Bu sərt olsa da, onun məqsədi daha zəki və maraqlı idi. Onun xristianlıqdan insanları paxıllıqdan çəkindirdiyinə görə acığı gəlirdi. Nietzscheyə görə, xristianlıq Roma imperiyasının sonlarında həqiqətən nə istədiklərini anlaya bilməyən aciz kölələrin fikirləri sayəsində ortaya çıxıb. Onlar öz acizliklərini yaxşılıq kimi göstərərək bu "fəlsəfəyə" bağlanıblar. O, bunu "Slavenmoral"- kölə əxlaqı, ruhu adlandırırdı. Xristianlar - onun qaba şəkildə "Die Heerde"(Sürü) dediyi -səfasını sürmək istədikləri həqiqi istəklərin tərkib hissələrini (dünyamız, seks, intellektual ustadlıq, yaradıcılıq) əldə etmək üçün xeyli yarıtmaz olan bir sürüdür. Beləliklə, onlar uydurduqları riyakar (hipokrit) dini inancları ilə istədikləri, ancaq çox zəif olduqları üçün əldə edə bilmədiklərini pisləyib, eyni zamanda mövcud olmasını istəmədikləri, ancaq olan şeyləri təriflədilər. Nietzsche yə görə, xristianlığın dəyər sistemində sekssizlik bəkarətə, zəiflik yaxşılığa, nifrət edilən insanlara təslim itaətə və intiqam ala bilməmək bağışlanmağa çevrildi. Xristianlar acı inkarlar üçün böyük bir məhvedici maşın oldu. 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur