Otello sindiromu
Bu, gündəlik gerçəkliklə bağlı xəyalların və qəribə fikirlərin əsas yer tutduğu nadir sindromlardan biridir.
Adını Şekspirin Otello əsərindən alan bu sindromun əlaməti sevdiyini xəstəlik dərəcəsində qısqanmaqdır. Yaşadığımız dövrdə cinayətlərin əksəri qısqanclıq ucbatından olur.
Xüsusilə,Otello sindromundan əziyyət çəkənlər sevgililərinin və ya həyat yoldaşlarının özlərinə xəyanət etdiklərinə inanırlar və bunun üçün ən qəribə fərziyyələrə və ən əhəmiyyətsiz detallara etibar edirlər. Aldadılmaqdan həddindən çox qorx- duqları üçün hər dəqiqə aldadılığını düşünür. Aldadıldığını hiss etdiyi zaman sevgilisinin gününü qara eləyir.
Bu şəxslər bəsit birşeydən belə şübhələnə, aldadıldıqlarını düşünə bilirlər. Evdə pərdə açıqdırsa sevgilisinin ona xəyanət etdiyini, həyətdə başqa birinə baxdığını düşünür.
Həddindən artıq qısqanclıq hadisəsinin karikaturası kimi görünə bilər, amma həqiqət budur ki, bu həm əziyyət çəkən insan, həm də yaxın ətrafları üçün çox ciddi nəticələrə səbəb olan bir psixopatologiyadır
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur