Vətən müharibəsindən sonra ölkədə baş verən bəzi xoşagəlməz hadisələrə ümumi baxış
İşğal olunmuş torpaqlarımızın düşmən tapdağından təmizlənməsi sözsüz ki,bütün xalqımızı çox sevindirdi.Müasir dünyada müasir müharibənin və xalq birliyinin necə olduğunu xalqımız bir yumruq kimi birləşərək göstərdi.Lakin müharibə bitəndən bir müddət sonra bəzi xoşagəlməz hadisələr baş verdi.Bir qalib xalq olaraq,bu cür hadisələrin olması məni çox məyus etdi.Düzdür ki,düşüncə və fikir azadlığı şəraitində hər kəs azad şəkildə öz fikir və düşüncələrini ifadə edə bilər.Ancaq bunlar mənəvi dəyərlər çərçivəsində baş versə idi,insanlar arasında yaranan fikir ayrılıqları,mübahisəli tənqidlər də olmazdı.
İlk öncə,şəhid Xudayar Yusifzadə haqqında paylaşım edən Fuad Rəsulzadə adlı şəxsin şəhidin qohumları tərəfindən döyülməsi məsələsi çox acınacaqlı bir hal idi.Çünki,şəhid haqqında o formada paylaşım edən bir şəxs ölümcül şəkildə döyərək də nə ağıllandırmaq,nə də şəhidə hörmət ruhunda tərbiyələndirmək mümkün deyil.Şəhidə hörmət qanda olan bir şeydir.Dövlət isə bu bu hadisəyə yalnız adı çəkilən şəxsi döyənləri saxlayıb,cəzalandırmaqla münasibət bildirdi.Təbii ki,sosial şəbəkələrdə Fuad Rəsulzadəni çox insanlar qınaq obyektinə çevirdi.Necə deyərlər,xalqın gözü tərəzidir.Amma gərək ki,bu paylaşım heç edilməzdi,bu hadisələr də baş verməzdi.Çünki,bir qalib xalq kimi bu cür ayrı-seçkiliklər,bu cür xoşagəlməz hadisələrin baş verməsi çox üzücü bir haldır.Yumruq kimi birləşən bir xalqın qalibiyyətindən sonra bu cür hadisələrə məruz qalması çox məyusedici bir vəziyyətdir.Bu cür xoşagəlməz hadisələrdən biri də Kontakt Home mağazalar şəbəkəsi ilə şəhid ailəsi arasında yaranan anlaşılmazlıq oldu.Bu hadisəyə də müxtəlif aspektlərdən yanaşaraq fərqli fikir yürüdənlər var idi.Təbii ki,bu fikirlər arasında tənqidi fikirlər üstünlük təşkil edirdi.Burada bəzi “qara adam”-ların,şirkəti qaralamaq üçün əl işləri də var idi.Onlar xalqın zəif nöqtəsi olan “şəhid ailəsinə hörmətsizlik” fikrindən yola çıxaraq bu işə başlamışdılar.Hadisəyə obyektiv yanaşsaq,əslində məsələnin mətbuatda işıqlandırıldığı kimi olmadığı ortaya çıxır.Əslində,bu məsələdə ailədaxili münaqişə olduğu görsənirdi.Sadəcə bunu heç bir halda və heç bir yolla açıb ağartmaq düzgün deyil.Amma ailəni pis və çətin vəziyyətdə qoymaq,nə də şirkəti qaralamağa çalışaraq bazardakı pay sahibliyini əlindən almağa çalışmaq lazım deyildi.Onsuz da,müharibədən sonra şəhidin,qazinin,veteranın cəmiyyətdə sahib olduğu status və üstünlüyü nəzərə alaraq adından istifadə edən dələduz “vətənpərvərlər” də az deyil.Hətta,bu yolla sadə vətəndaşların inamlarından istifadə edib pul dilənən insanlar da oldu.Cəmiyyət olaraq,birliyimizi,mənliyimizi,qürurumuzu,Vətənə sevgimizi 44 günlük müharibə dövründə necə ortaya qoyduqsa,müharibə bitəndən sonra da,bir vətəndaş kimi bunları qoruyub saxlayaq.Çünki,düşmən belə fürsətləri heç bir zaman əldən vermir və özümüzə qarşı silah kimi istifadə edir.