Pandemiya dövründə ev şəraitində səmərəli vaxt keçirmək üçün faydalı məsləhətlər
Bütün dünyanı ağuşuna alan COVİD-19 pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatı öz tənəzzül dövrünü yaşayır.Pandemiya ilə əlaqədar bütün növ istehsal,istehlak,loqistika,turizm və s. xidmətləri öz böhran dövrünü keçirir.Bu dövrdə bir çox insanlar “back office”, yəni evdən çalışdıqları üçün evdə daha çox zaman keçirirlər.Evdə keçirilən zamanı faydalı etmək üçün bir çox üsullar mövcuddur.İnsanların çoxu kitab oxuyaraq,film izləyərək,onlayn sosial təlimlərdə iştirak edərək öz boş vaxtlarını dəyərləndirirlər.Bəzi insanlar da şəxsi inkişaflarına diqqət ayırırlar.Bunun üçün bir çox yerli və xarici onlayn təhsil platformaları mövcuddur.Onlardan bəzilərinə aşağıda nəzər salaq:
1.Edu-cbar.az-Mərkəzi Bankın Virtual Təhsil Platforması.İqtisadiyyat,maliyyə,sığorta,strateji və korporativ idarəetmə və s. mövzularda ödənişsiz onlayn kurslarda iştirak edib,imtahan verərək sertifikat əldə etmək mümkündür.
2.Bilgeiş.net-Avropa Birliyi və Türkiyənin ODTÜ-nin birgə ərsəyə gətirdiyi onlayn təhsil platformasının təşkil etdiyi ödənişli və ödənişsiz kurslarda iştirak edib,proje və sınavlarda müvəffəqiyyət göstərərək sertifikat əldə etmək mümkündür.
3.İienstitu.com-Türkiyənin İstanbul İşletme Enstitüsünün ərsəyə gətirdiyi ödənişli və ödənişsiz kurslarda iştirak edib, imtahanları müvəffəqiyyətlə verərək kargo ilə və ya rəqəmsal olaraq sertifikat əldə etmək mümkündür.
4.Turkcell Akademi-Türkiyənin mobil operator şirkəti olan Turkcell-in mobil nömrəsi ilə qeydiyyatdan keçərək ödənişli və ödənişsiz kurslarda iştirak edib, imtahanda müvəffəqiyyət göstərərək sertifikat əldə etmək mümkündür.
5.Udemy.com-Ən məşhur onlayn təhsil platforması olub, bir çox mövzularda ödənişli kurslar təşkil edilir.Tez-tez endirimlər tətbiq olunur,sonda sertifikat əldə etmək mümkündür.
Bunlardan başqa globalenstitu.com, campusonline.com,udacity.com,alison.com,coursera.org,edx.org və s. kimi digər ingilisdilli onlayn təhsil platformalarında da ödənişli və ödənişsiz kurslarda iştirak edib, sertifikat əldə edərək özünüzü inkişaf etdirməklə səmərəli vaxt keçirə bilərsiniz.Uğurlar!