php-backend-developer-intern-is-elani
Müəllif: Publisist.az /Tarix: 2022-04-04 /Oxunma Sayı: 622

PHP Backend Developer (intern) iş elanı

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital “Grow lab 2” layihəsi üçün PHP Backend Developer (intern) vakansiyası elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

PHP Backend Developer (intern) nə iş görür?

 

  • Qrup və ya fərdi şəkildə yeni layihələrin yaradılması;
  • Cari layihələrin dəstəklənməsi və inkişafı.

 

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “PHP Backend Developer (intern)” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Namizəd üçün tələblər

Hansı özəlliklərə malik olmalıdır?

 

  • Güclü ünsiyyət və əməkdaşlıq bacarıqları;
  • Eyni anda bir neçə layihə üzərində işləmə bacarığı;
  • Vaxtı düzgün idarə etmə bacarığı;
  • SQL ilə təcrübə;
  • GIT bilikləri;
  • RESTful API qurmaq təcrübəsi;
  • Minimum 2 proyektinin olması;
  • Github hesabının olması;
  • HTML, CSS, JavaScript, jQuery,FetchAPi haqqında əsas biliklər;
  • MySQL/relational database biliyi mütləqdir.

 

Müraciət Linki : hellojob.az

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur