pizza-sifaris-etmek-isteyirem
Müəllif: Publisist.az /Tarix: 2021-04-06 /Oxunma Sayı: 456

Pizza sifariş etmək istəyirəm....

-911
-Salam. Pizza sifariş etmək istəyirəm.
-Pizza ? deyəsən yanlış nömrəni yığmısınız.
-Xeyr. Adres ? Təbii ki...235 haywood küçəsi, ev 3f
-Xanım siz təhlükədəsiz ? Rahat danışmaqınıza mane olan biri var ?
-Bu doğrudur.
-Anladım. Mənim adım Gracedir və yardım artıq yoldadır. Mənə evdə neçə nəfər olduğunuzu deməlisiniz.
-Orta boy pizza ölçüsü 2nəfər üçün yetərlidir ?
-Yəni 2nəfərsiz ? səsi gələn şəxs odur ?
-Bəli doğrudur.
-Aydındı.
-Adını söyləyə bilərsən ?
-Kartın üstündəki adım Christen Smart.
-Christen yanındakı şəxs silahlıdır ?
-hıhım...
-Əgər yanındakı şəxs silahlıdırsa ekstra acılı pizza istədiyini söylə
-Ekstra acılı əla olardı
-Christen bu şəxs tanıdığın biridirmi ?
-Bəli
-Həyat yoldaşınız? keçmiş həyat yoldaşınız ?
-İkincisi...Pizza nə vaxta gələr ?
-8 dəqiqə
Bu hadisə Amerikanın Ohio şəhərində gerçəkləşib. Christen’in həyatının bəlkə də ən çətin anı "911 Lone Star" serialina ilham oldu və bölümlərinin birində yenidən canlandırıldı. Bəzən film izlədikdə bunun sadəcə bir film olduğunu düşünürük. Lakin bir çox filmlərin, serialların mövzusu məhz real həyatlardan götürülür. Bunu bilərək izləmək insana daha çox təsir edir. Axı yaşanmış real həyata baxırsan. Keyfiyyətli film izlədikdən sonra sanki həyatına, dünyaya baxışına təsir edəcək düşüncələr qazanmış kimi hiss edirsən. Düşünürəm ki, filmlərin insan həyatına təsiri olduğu qədər insanlarında film mövzularına təsiri böyükdür. Bəzən bir filmdə özümüzə aid hansısa duyğunu görə bilirik. Mənfi qəhrəman olsa belə ona haqq qazandırmağa çalışırıq çünki o məhz bizim daxilimizdə saxladığımız duyğunu gizlətmir. Təsadüfi deyilki bir çox kinoların mənfi obrazları tamaşaçı tərəfindən sevilir. Çalışmaq lazımdır ki, həyatımızı bir film kimi düşünüb onu monoton səhnələrdən xilas edib, mənalı və maraqlı yaşayaq. Bir dostunun digər bir şəxsə səni tanıtması, haqqında danışması sanki filmin fragmanı kimidir. Unutma ki, maraqlı fragman kinoya baxmaq həvəsi yaradır və kino haqqında ilkin düşüncə formalaşdırır.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur