reqemsal-ideya-musabiqesi
Müəllif: Publisist.az /Tarix: 2022-04-14 /Oxunma Sayı: 768

“Rəqəmsal İdeya Müsabiqəsi”

YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə 1-ci “Rəqəmsal İdeya Müsabiqəsi” başlayır!

Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan müsabiqənin əsas məqsədi Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılmasıdır.

Öz innovativ yanaşmaları ilə fərqlənən gənclər arasından yekunda 120 nəfər seçiləcək. Seçilmiş iştirakçılar əsasında 30 komanda formalaşdırılacaq.

1-ci “Rəqəmsal İdeya Müsabiqəsi”-ndə iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaqlar.

Qalib komandaları xüsusi mükafat və dəyərli hədiyyələr gözləyir!

1-ci “Rəqəmsal İdeya Müsabiqəsi”-ndə iştirak etmək və gələcəyin çağırışlarına öz töhfənizi vermək istəyirsinizsə, aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz.

 bit.ly/37bnH59

 Son qeydiyyat tarixi: 12:00, 28.04.2022
 Bakı Ali Neft Məktəbi

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur