yarat-da-kinoatelye-layihesi
Müəllif: Publisist.az /Tarix: 2024-03-26 /Oxunma Sayı: 263

Yarat-da Kinoatelye layihəsi

YARAT Müasir İncəsənət Məkanı kinematoqrafiya sahəsində gənclərin yaradıcılığını dəstəkləmək və unikal təcrübə qazanmaqları üçün yeni “Kinoatelye” layihəsini təqdim edir. Layihə rejissor, ssenarist və prodüser Nurlan Həsənlinin mentorluğu ilə aprel ayından etibarən 3 ay ərzində davam edəcək. 

“Kinoatelye” layihəsi həftədə bir dəfə keçirilməklə ssenari yaradıcılığının əsasları, kinodramaturgiya, kinematoqrafiyanin praktiki aspektləri mövzularını əhatələyəcək. Həmçinin layihəyə seçilmiş iştirakçılar öz ideyalarını inkişaf etdirərək vahid ssenari üzərində işləyəcəklər. Layihə ərzində iştirakçılar ideyalarını paylaşmaq və bir-birilərindən öyrənmək imkanı əldə edəcəklər. Layihənin sonunda onlar yekunlaşdırdıqları final ssenari əsasında Nurlan Həsənlinin bədii rəhbərliyi ilə qısa metrajlı film çəkəcəklər. 

Layihədə kinematoqrafiya sahəsində müəyyən təcrübələrə malik, həmçinin yeni yaradıcılığa başlayan 35 yaşa qədər şəxslər müraciət edə bilərlər.

Qeydiyyat Linki

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur