whatsapp-eks-reaksiyalara-baxmayaraq-deyisikliklerle-davam-edir
Müəllif: Publisist.az /Tarix: 2021-02-19 /Oxunma Sayı: 391

WhatsApp əks reaksiyalara baxmayaraq dəyişikliklərlə davam edir

WhatsApp xidmət şərtlərində mübahisəli dəyişikliklərlə irəliləyir, istifadəçilər əks reaksiya verdikdən sonra isə sadəcə istifadəçilərə göndərilən bildirişləri dəyişdirir. 

Yanvar ayında ilk dəfə xidmət şərtlərində dəyişikliklər edəcəyini bildirdikdən sonra milyonlarla istifadəçi WhatsAppla eyni funksiyaları icra edən və ona rəqb olan tətbiqləri yüklədi.
Facebook-a məxsus platforma daha əvvəl dəyişiklik ilə əlaqədar "dezinformasiya" qurbanı olduğunu bildirmişdi.
İnd isə WhatsApp dəyişiklikləri daha yaxşı necə açıqlayabiləcəyini  "düşündüyünü" deyir.

Xəbərdarlığın ilkin ifadəsi, böyük miqdarda WhatsApp məlumatını Facebook ilə paylaşacağına dair idi və bu  geniş qorxulara səbəb oldu.
Əslində bu sahədə çox az şey dəyişmişdi və demək olar ki, bütün istifadəçilər bu bildirişdən əvvəl məlumat paylaşma növünü qəbul etmişdilər.

İstifadəçiləri inandırmaq üçün ikinci cəhdinin bir hissəsi olaraq, WhatsApp önümüzdəki həftələrdə tətbiq daxilində bir banner xəbərdarlığı göstərməyə başlayacaq.

A three part composite shows the notification banner, the simple bullet points, and a more detailed screen
 
Tətbiqdaxili banner istifadəçilər üçün daha ətraflı izahatlara səbəb olacaqdır
 
İstifadəçilərin yeniləmə və dəyişikliklər  haqqında daha çox məlumat əldə etməyi üçün bu barədə məlumatlar verən mesajlar tətbiqin status hissəsində də görünəcəkdir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur