ramadan
skyzone-digital-seo-mutexessis-axtarir
Müəllif: Publisist.az /Tarix: 2025-01-06 /Oxunma Sayı: 196

SkyZone Digital SEO mütəxəssis axtarır

SkyZone Digital agentliyinə Mid. SEO Specialist tələb olunur

Qeyd: SEO sahəsində ən azı 1 illik təcrübəniz varsa (ümumi rəqəmsal marketinq deyil, sadəcə SEO üzrə 1 illik təcrübə ) və Semrush və Screaming Frog kimi alətləri yaxşı bilirsinizsə, bu rol sizin üçündür!

Qeyd: Yeni başlayanlar deyil, yalnız təcrübəli mütəxəssislər müraciət etməlidir.

Namizəddən tələblər:

• İşini sevən və SEO sahəsində inkişaf etməyə həvəsli
• SEO sahəsində minimum 1 il iş təcrübəsi
• SEO-da yeni inkişafları izləmək
• SEO monitorinqi və hesabat alətləri üzrə təcrübə
• Ahrefs, Semrush, Screaming Frog və s. alətlərindən sərbəst istifadə üzrə təcrübə
• Məsuliyyətli
• Backlinking üzrə təcrübə
• Əsas HTML və CSS bilikləri (üstünlük verilir)
• Wordpress, Shopify kimi panellərdə bacarıqlı (üstünlük verilir)
• Onpage SEO, Texniki SEO və Offpage SEO üzrə təcrübə
• Beynəlxalq SEO (Çoxdilli SEO) idarəçiliyi üzrə təcrübə (üstünlük verilir)

İşin Təsviri:

• Axtarış sisteminin optimallaşdırılması strategiyasının yaradılması, layihənin planlaşdırılması və idarə edilməsi
• Saytın məzmununun SEO (açar söz istifadəsi, mətn yazması, etiket istifadəsi, daxili keçid və s.) üçün araşdırılması, çatışmazlıqların müəyyən edilməsi və bildirilməsi (Lazım olduqda müdaxilə edə bilmək)
• Açar söz siyahısının yaradılması və hədəflərin müəyyən edilməsi
• Sayt və səhifə əsasında SEO performansının ölçülməsi və lazımi ehtiyat tədbirlərinin görülməsi
• Çoxlu SEO tapşırıqlarının planlaşdırılması, strategiyası, idarə edilməsi
• Backlink strukturunun yaradılması
• Saytın rəqiblərinin nə işlə məşğul olduğunu araşdırmaq, hesabatların hazırlanması və rəqiblərin monitorinqi

İş saatları: Həftə içi: 10-7
İş üslubu: Tam ştatlı uzaqdan (remote) iş
AR əmək məcəlləsinə əsasən rəsmiləşdirmə
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq (Bilik səviyyənizə uyğun olaraq)

Qeyd: Freelance işləmək istəyənlər müraciət etməsin.
CV-nizdə əvvəlki işiniz haqqında ətraflı məlumat verməyi unutmayın.
Vakansiya yalnız Senior və Middle səviyyəli mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Müraciət etmək üçün: hello@skyzonedigital.com

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur