sql-nedir
Müəllif: Elgun Mammadli /Tarix: 2021-02-03 /Oxunma Sayı: 1527

SQL nədir?

Structured Query Language – (Strukturlaşdırılmış Sorğu Dili) Verilənlər bazasında saxlanan məlumatları idarə etmək üçün hazırlanmış bir proqramlaşdırma dilidir. SQL sadə, deklarativ ifadələr vasitəsilə fəaliyyət göstərir, məlumatları düzgün və etibarlı saxlayır.
SQL günümüzdədə geniş istifadə olunur.SQL-i bilmək bizə məlumatlarımızı azad şəkildə araşdırmağa imkan verir.
 

SQL-i daha yaxşı başa düşmək üçün gəlin Relational Database Management System (RDBMS) nədir sualına cavab axtraq.

DATABASE(verilənlər bazası) nədir?

Verilənlər bazası kompüterdə saxlanan məlumatların məcmusudur. Verilənlər bazası mürəkkəb ola bilər. Belə olduğu halda dizayn və modelləşdirmə üsullarından istifadə etməklə inkişaf etdirilir. Verilənlər bazasının idarəetmə sistemi proqramı(DBMS) – məlumatları əldə edib təhlil etmək üçün – istifadəçilər, tətbiqlər və verilənlər bazasının özü ilə qarşılıqlı fəaliyyət göstərir. DBMS proqramı verilənlər bazasını idarə etmək üçün əsas imkanları əhatə edir. Verilənlər bazasını, DBMS – i və digər əlaqəli tətbiqlərin cəmini "verilənlər bazası sistemi" adlandırmaq olar.

Əlaqəli məlumat(verilənlər) bazası nədir?

Əlaqəli verilənlər bazası - verilənlər bazasının bir növüdür. Bəzən Relyativ verilənlər bazası kimi adlanır. 1970-ci ildə E. F. Codd tərəfindən təklif edilib və məlumatların rəqəmsal verilənlər bazasıdır. Verilənlər bazasında bir məlumat ilə əlaqəli məlumatları müəyyənləsşdirməyə və daxil olmağa imkan verən bir quruluşdan istifadə edir.

SQL – i daha yaxşı başa düşmək üçün Cədvəlləri- həmçinin sətr və sütünları ələ alaq.

Cədvəllərdə yüzlərlə , minləlrə və hətta bəzən milyonlarla məlumat ola bilər. Və eynilə cədvəllərdə bir çox məlumat sütununa sahib ola bilər.Sütunlara bir ad verilir(məs:yaş sütunu) və həmin ad altında müəyyən bir məlumat növü olur.

Məsələn yuxarıdakı cədvəldə age(yaş) adlı sütunda İnteger(tam sayı) tipli məlumatlar var. Bundan əlavə iki sütun vardirki bunlar “string” məlumatlar saxlayır.

Bu məlumatları qavradıqdan sonra qayıdaq əsas sualımıza.

Relational Database Management System nədir?

RDBMS bir əlaqəli verilənlər bazası yaratmağa, yeniləməyə və idarə etməyə imkan verən bir proqramdır. Və bu proqram verilənlər bazasına daxil olmaq üçün SQL dilindən istifadə edir. Buradan SQL-in tərifini çıxara bilərik. SQL - əlaqəli (Relyativ) verilənlər bazası idarəetmə sistemində saxlanan məlumatlarla əlaqə qurmaq üçün istifadə olunan bir proqramlaşdırma dilidir. Başqa cür desək SQL RDBMS-in verilənlər bazasına daxil olmasında körpü rolu oynayır. Və SQL bütün məlumatları cədvəllər vasitəsi ilə göstərir. RDBMS bəzən SQL – in özü ilə yox onun variantlarından(dəyişimlərindən) istifadə edir.

Paylaş:

  1. Yup Technology MMC - də "Full Stack Veb Developer" kimi fəaliyyət göstərirəm. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğulam. Həm online həm də offline şəkildə təlimlər tədris edirəm.

    Veb Sayt : Elgun Mammadli