stalinin-fermani-ve-sehid-olan-17000-axisqa-turku
Müəllif: Publisist.az /Tarix: 2023-05-14 /Oxunma Sayı: 367

Stalinin fərmanı və şəhid olan 17.000 Axısqa türkü

Uzun illər boyu Osmanlı idarəsində olan Axısqa bölgəsi, sonralar Çar Rusiyasının idarəçiliyi altına düşdü və problemlər başladı.

“Almanlar buranı işğal edəcək, ona görə də sizi etibarlı bölgəyə aparacağıq” kimi yalanlarla yurdlarından çıxarılan 126 min axısqalı bacı-qardaşlarımız üçün, o andan etibarən sürgünlərin və zülmlərin ardı-arası kəsilmir.

40 min axısqa türkü 2-ci dünya müharibəsi zamanı Almaniyaya qarşı vuruşmaq üçün cəbhəyə göndərildi. Onların təxminən yarısı müharibədə həyatlarını itirdi, geri qayıdanların böyük bir hissəsi isə şikəst qaldı. Döyüşdən qayıtmağı bacaranlar nasistlərlə əməkdaşlıq etməklə günahlandırılıb Orta Asiyaya sürgün edildilər, həm də heyvan daşıma vaqonları içində…

Qafqazdakı ağır təbii şərtlər Stalinin imzaladığı qərarla başlayan bu sürgünü ölüm səyahətinə çevirdi və 17 min axısqa türkü şəhid oldu.

Stalinin dövründə sürgünə göndərilən bir çox Şimali Qafqaz xalqları, 1953-cü ildə Stalin öldükdən sonra öz yurdlarına qayıda bildilər, amma axısqa türklərinə bu haqq verilmədi. Axısqa türkləri yerləşdirildikləri ölkələrdəki əmək düşərgələrində ən ağır işlərə təşviq edildi, şəhərlərdə yaşamaları, bir yerdən başqa yerə keçmələri qadağan edildi. Onlar ən əsas insan hüquqlarından belə məhrum edildilər.

Bütün bu zülmün səbəbi isə Sovet İttifaqı dağılandan sonra aşkar olunan gizli sənədlərlə aydın oldu. Sürgünün əsl məqsədi “Qara dəniz və ətrafındakı türklərin təmizlənməsi” kimi sənədlərdə bildirilirdi.

Hazırda isə 9 ölkədə 425 min axısqa türkü qaçqın statusunda yaşayır, bəzi qaynaqlar bu rəqəmin 630 minə çatdığını bildirirlər.

Sovet İttifaqının dağılmasından sonra Gürcüstana geri qayıtma ehtimalları təkrar gündəmə gəlmişdi, hətta Avropa Şurası Gürcüstanın üzvlüyünü qəbul etmək üçün Axısqa türklərinin yurdlarına qayıtmasını şərt olaraq qarşıya qoymuşdu. Buna görə Gürcüstan müraciət edənlərin 10%-nin yurdlarına qayıtmağına icazə verdi. Ancaq ora üzv olduqdan sonra verdiyi sözlər unutdu. Sənədlərdə çatışmazlıqlar kimi bəhanələrlə müraciət haqqı verilmədi və ya etibarsız hesab edildi.

Mənbə : Gizli Həqiqətlər

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur