Sürü hara və niyə gedir? – Abilene Paradoksu
“Sürüdən ayrılan quzunu qurd qapar” deyə, köhnə bir deyim var. Bu deyim düşündüyümüzdən daha dərin köklərə malikdir.
İnsan təbiəti cəmiyyət şəklində yaşamağa uyğunlaşmışdır. Tarix boyu uzlaşmanın bizi irəliyə aparmasını ümid etmişik. Lakin Prof. Jerry B. Harvey araşdırması ilə göstərir ki, əslində uzlaşma rəqabətdən daha ciddi problemlər yarada bilir.
Gəlin ilk növbədə, paradoksun kökündəki hekayəsinə baxaq
Çox isti bir yay günündə Teksas-Kolemandayıq. Gənc evli cütlük və oğlanın valideynləri balkonda oturub. Sakit mühitdə ata qəfildən ortaya bir fikir atır: “Gəl, böyük qardaşıngilə gedək”. Gəlin bu fikirlə dərhal razılaşır. Bu qədər isti havada, 85 km uzaqlıqdakı şəhərə getməyin çox pis fikir olduğunu düşünən oğlan, yenə də, “Anam da istəyirsə, gedək” deyir. Ana da razılaşır və beləliklə ailə yola düşür.
Yol çox isti və uzun, avtomobil isə narahatdır. Abileneyə çatdıqlarında yedikləri yemək bərbaddır. Geri qayıdanda isə yol ikiqat narahat keçir. Nəhayət, evlərinə qayıtdıqlarında yenə balkona yığışırlar.
Qrupdan bir nəfər gəzintinin xoş keçməsini qeyd edərkən, ana gəzintini heç bəyənmədiyini, hətta əslində evdə qalmaq istədiyini, sadəcə hərkəs həvəsli olduğundan məcbur razılaşdığını etiraf edir. Bu zaman oğlan da bu səyahəti qətiyyən istəmədiyini, onları incitməmək üçün özünü fəda etdiyini anlatmağa başlayır. Qadın yoldaşının fikirlərinə qatılır, hətta əsas fədakarlığı özünün etdiyini qeyd edir. 3 insan birlikdə ataya baxdıqlarında, ata təəccüb içindədir. “Mən heç vaxt getmək istəməzdim, sadəcə çox bezmiş görünürdünüz deyə, ortaya fikir atdım” – deyir.
Dörd insan fərdi olaraq heç vaxt verməyəcəkləri bir qərarda uzlaşmış, bunu icra etmiş və sonda məyus olmuşdular.
Professor Harvey, qrup qərarlarının əksər hallarda xətalı olduğunu qeyd edir
Bəs insanlar niyə həmişə ümumi qərarla razılaşır? Bunun səbəbləri adətən ictimai qınaq yaxud özünə inamsızlıqla bağlı olur.
Belə ki, çox insan tənqid edilməkdən ya da gülünc vəziyyətə düşməkdən qorxduqları üçün deyilən fikirlərlə razılaşırlar.
Bəzi insanlarda isə qarşı tərəfi məmnun etməyə çalışma hissi o qədər güclü olur ki, qərarın məntiqsizliyi barədə heç düşünmürlər.
Harvey insanların bu vəziyyətdə öz əks düşüncələrinin “mənfi xülyalar” olduğunu fikirləşdiyini qeyd edir.
• İlk növbədə, qrup qərarları barədə müzakirə aparmağa mütləq vaxt ayırılmalıdır.
(Abilene paradoksu üzvləri adətən qərara reaksiya verməkdən boyun qaçırdırlar)
• Qərarın ən doğru versiya olduğunu deyən şəxslərin səbəblərini soruşmalıyıq.
Bəzən qarşı tərəfin tutarlı səbəb və niyyəti olmur; sadəcə fikir irəli sürür, bunu qərara çevirən məhz bizlər oluruq. Eynən yuxarıdaki misalda ata obrazında gördüyümüz kimi.
• Bu qərarı yerinə yetirəndə çox fədakarlıq etdiyinizi düşünürsünüzsə, bunu bir daha sorğulayın.
Vacib qərarlarda bəzən fərdlər fərdiliyi itirib ümumi məqsəd üçün çalışa bilər.
Ancaq bu o demək deyil ki, siz kiminsə məntiqsiz fikirləri üçün daimi olaraq gərəksiz fədakarlıqlar etməlisiniz.
Bəs bu paradoksdan qaçmağın yolu nədir?

• Son olaraq, əgər zidd fikir bildirməyə çəkinirsinizsə, gizli səsvermə tələb edə bilərsiniz.
Gizli səsvermədə heç kim sizin seçiminizi bilmir, görmür deyə, psixoloji təzyiq də olmur. Beləcə əsl istədiyiniz; doğru qəbul etdiyiniz şeyi deyə bilirsiniz.
Siz bir fərd olaraq dəyərlisiniz.
Fikirləriniz də istənilən halda önəmlidir.
Bunu unutmayın və irəli durmaqdan, gərəkli olduğunda, əks fikir bildirməkdən heç vaxt çəkinməyin!
How to identify groupthink: An introduction to the Abilene Paradox
https://en.wikipedia.org/wiki/Abilene_paradox?wprov=sfl
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur