intihar-eden-sevillere
Müəllif: Publisist.az /Tarix: 2021-02-22 /Oxunma Sayı: 1245

İntihar edən Sevillərə....

Sevillərə...

Eşitdin də,
Mən də öldüm axı dünən.
İyirminci mərtəbədən düşdüm yerə.
İyirmimə çatmamış.
Saat 20 radəsində,
Gün gecəyə çatmamış.
Hələ yerə varmamış, külək üzümü cıran vaxtı düşündüm ki:
Sağ qalsam nə baş verər?
Aman Allah! Atam məni öldürər.
Axşam vaxtı qız da özün öldürər?!
Bilirəm ki, qəbahəti sən də məndə görürsən,
Bu ölümdə təkcə sənsən günahsız.
Atam bir az möhkəm vurur, bilirsən,
Hər gün bir şilləlik ölürdüm onsuz.

Müəllif: Orxan Əliyev

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur