susi-proqrami-ile-xaricde-tehsil
Müəllif: Publisist.az /Tarix: 2021-04-06 /Oxunma Sayı: 2355

SUSI proqramı ilə xaricdə təhsil

SUSI  ABŞ institutlarında 18-25 yaş arası lider tələbələrdən ibarət qruplar formalaşdırıb ABŞ təhsil sistemini və öz liderlik bacarıqlarını inkişaf etdirməyə yönəlmiş intensiv, qısa müddətli akademik proqramlardır. 4 həftəlik proqrama interaktiv sinif fəaliyyətləri, müzakirələr, mühazirələr və seminarlar daxildir. Bunlardan əlavə 1 həftəlik ABŞ-ın digər bölgəsinə tədris turu və orada digər yerli tələbələrlə kollec şəhərciyində yaşamaq imkanı da verilir. Hər ölkədən yalnız 20 tələbə qəbul olunur. Müraciət edənlər bu tələblərə cavab verməlidirlər:

  • Ingilis dili biliyi(upper intermediate)
  • 18-25 yaş arası tələbələr
  • Universitetdə ən azı 1 semestrinin qalması
  • Yüksək akademik göstərici və dərsdən kənar fəaliyyətlərdə aktiv iştirak
  • Birləşmiş Ştatlarda heç yaxud az təhsil,səyahət təcrübəsi
  • Tədris zamanı aktiv iştirak etmək
  • ABŞ vətəndaşı olanlar və olmayanlar
  • ABŞ J-1 vizasını almaq hüququna malik olanlar

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur