tanri-oldu
Müəllif: Nurlan Suvarov /Tarix: 2021-11-01 /Oxunma Sayı: 979

Tanrı Öldü

Tanrı Öldü.Onu biz öldürdük.Kölgəsi çox uzaqlardadır.Özümüzə necə təsəlli verəcəyik ?

 Fridrix Nitsşe.

 

    Nitsşe 1844-cü ildə o dövür ki,Prusiiya torpaqlarına aid olan  Röken qəsəbəsində doğulmuşdur.2 yaşında olan qardaşını və sonra atasını itirdikdən sonra Nünberqə köçmüşdür.Köçdükdə yanında anası,bacısı və 2 subay xalası vardı.Niitsşenin qadınlarla bağlı fikirlərinin yaranmasının təməlini olduğu ailə-məişət şəraiti olduğu güman edilir.” Qadının yanına gedirsənsə,qırmancını unutma “ dedikdə qadınlar barədə fikirlərini tam ifadə edirdi.Burda demək istədiyi qadına qarşı şiddət deyil,idarə etməni kişi əlində saxlamalıdır idi.Bəllidir ki,o dövür ki,atların idarə edilməsi üçün qırmanclardan istifadə edilirdi.Romantik hisslərə olan qəddarca düşüncələrini isə ,o rus əsilli,Avropanın ilk psixoanalist və yazar  olan Luis-Salamoya borclu idi.Bu qadına qarşı olan hisslərinin qarşılıqsız qaldığı üçün həyatı boyu bunu qəbul edə bilməməyi onu qadın düşməninə çevirmişdir.Bəzi mənbələrə görə onun 2 dəfə ona evlilik təklifinə yox deməyindən savayı,Şopenhaurun fikirlərindən də təsirləndiyi güman edilir.

  1869-cu ildə Bazel Universitetin sənət elmləri və fəlsəfə bölməsində doktorluq almışdır.Cəmisi iyirmi dörd yaşı vardı.Bu sahədə hələdə ən gənc yaşda doktorluq alan şəxsdir.Və həyatı boyu burdan aldığı təqaüdlə Avropanı gəzmiş,az maaş olsa belə,heç bir yerdə işləmədən vaxtını kitablarını yazmağa həsr etmişdir.

    Nitsşe fəlsəfəsinin təməlində yatan fikirlərindən ,bəlkə də ən əsas olan “ Tanrı öldü “ sözünün arxasına baxaq.Bu sözün yaranmasının ən əsası Nitsşenin yaşadığı dövrə borcludur.19-cu əsrin sonlarına doğru insanların çox hissəsi dinə inancnın motivasiyasını itirmişdi.İnsan bir inanca söykənmək ehtiyacını hiss edir.İtirilmiş motivasiya məna boşluğu yaradır.Və bu əsrdə Tanrı üçün yaşamasaq nə üçün yaşayacğıq kimi suallar ortaya çıxmağa başlayır.Və bu boşluğu Nihilizm fəlsəfəsi doldurur.Bu fəlsəfi cəryana görə məna yüklədiyimiz hər şey əslində mənasızlıqlarla doludur.Tanrı öldü ifadəsi üçün lazım olan vaxt yetişdikdə Nitsşə sözünü qüvvətlə,yumruğunu masaya vururaq deyir.İlk dəfə 1881-ci ildə yazdığı “Şən elm” kitabında işlədir.Daha sonra isə ən məhşur əsəri olan , “ Zərdüşt belə buyurdu “ də təkrar olaraq istifadə edir.Bu sözü işlədərkən əslində dinlər üzərində qələbə yox,arxasında böyük narahatlıq yatırdı.Tanrı Öldü dedikdə biz filosofun Tanrının olmamasını mənasını çıxara bilmərik.Bir ölməsi üçün əvvəlcə var olması lazımdır.İnsanlar Tanrı və din inancına olan sadiqliyini itirməsi onu nihilizmə aparması Nitsşenin bəyənmədiyi haldı.Bu halı dəyişmək üçün yeni konsept irəli sürdü.Və “ Zərdüşt belə buyurdu” kitabında belə yazır : “ Öldü bütün Tanrılar.Fövqəl insan yaşamalıdır “.

     Nitsşeyə görə insanın özünü üstinsana çevirmlidir. Əsrlərdir təkamül keçən insanın ən yüksək anı  üstinsanla yekunlaşacağna inanırdı.Bəs üst insan nədir ? Yalquzaq həyatını yaşaya bilən insandır ( Tarqovski gənclərə məsləhətində bəlkə də,Nitsşenin bu fikrindən təsirlənmişdir ).Öz dəyərləri və ideyası uğruna bəzi yolları tək getməyi gözə almalıdır.Özünə güvənən,azad bir insan olamlıdır.Eqoist olmalıdır.Daha doğrusu eqoist olma təbiətini qəbul etməlidir.Yeri gəldikdə mərhəmətsiz,intiqam alan və həmçinin acıdan-əzabdan  qaçmamalıdır.Onu sevməlidir.Ona görə acı insanı yüksəldən məfhumdur.Əzabı azaldan içki və narkotiq istifadəsinə qarşıydı.Həmçinin o dinlərədə insanı acıdan qaçırmağa çalışan məhfum kimi qələmə alırdı.Ona görə dinlərin verdiyi motivasiya baxış bucaqlarını dəyişir və beləliklə yaşayacağı əzabı hiss etmirlər.Nitsşe isə tam əksinə,yaşanacaq əzabı insan iliklərinə qədər yaşamalıdır düşünürdü.O, bu səbəbdən bu sözləri istifadə etməyə başladı : Mərcə girərəm ki,mənim üstinsan dediyimə siz şeytan deyəcəksiz.

   Məlumdur ki,Hitler Nitsşe sevəni idi.Onun Nitsşe ilə tanışlığı bacısının vasitəsi ilə olduğu güman olunur.Bunu dəqiq ifadə etmək lazımdır ki, Nitsşe nə alman milliyətçisiydi,nədə ki antisemetizm (yəhudilərə qarşı olan nifrət ) idi.O millətlərin birinin digərinin üstün olduğunu yox,insanın daxilində özünü yüksəldərək fövqəl insana çatmağı bacarmalıdır deyirdi.

  Nitsşeyə görə insanı dünyaya bağlayan şeyin adı gücdür.Antik mədəniyyətlərlə tanış olduqda güclülərin tarixdə qaldğını irəli sürərək bunu sübut etməyə çalışdı.

Onun dünyasında Yaxşı deyilən şey güc,rifah,varlılıqdır.Pis isə kasıblıq,zəiflik,acizlik.Hamı bundan qaçmaq istəsədə dünyanın çoxu buna məcburdur.Bundan qaça bilmədikləri üçün öz əxlaq sistemlərini yaratdılar.Nitsşeyə görə bu sistemdə zəifliyin yerini yaxşılıq,kasıblığın yerini təvazökarlıq,acizliyin yerini mərhəmət aldı.

     Bu cür inqilabçı və hər şeylə mübarizə apara bilmə gücünü özündə hiss edən Nitsşe bir tərəfdən də Amor Fati deyirdi.Nədir bu Amor Fati ? Qədim yunan təlimlərindən olan bu anlayışa görə,taleh bizə hansı oyunları oynasa belə biz ona gülümsəməliyik.Talehimizə məcbur olmağın yox onu sevməyi bizə məsləhət görür.Bununla biz Nitsşenin iki xarakteri özündə cəmlədiyini görürük.Talehininə qarşı gəlməyin mümkün olmadığı dərk edib onu sevən ,digər tərəfdən isə hər şeylə üsyan edən fövqəl insan.

   Biz Albert Kamyunun “ Sizif haqqında mif “, kitabında görürük ki,Tanrılar tərəfindən cəzalandırılan Sizif aşılması mümkün olmayan təpədən böyük daşı aşırmalıdır.Təpəyə hər gətirdikdə geri qayıdan daşı dərədən yenidən qaldırmağa çalışır.Bu hadisə sonsuza qədər davam etsədə,Sizifin üzündən təbəssüm əskik olmur. 

   1899-cu ilin bir günündə Torino küçələrində toplanmış insan kütləsini görür.Ora yaxınlaşıb görür ki,sütçü atının daşıya bilməcəyi yüklə yükləmiş getməsini istəyir.Getdikcə qırmanclarının gücünü artırır.Bu zərbələrə dözə bilməyən at yerə yıxılır.Qaçaraq atın boynuna sarılan Nitsşe,”Səni başa düşürəm “ deyir və şüurunu itirir.Həmin vəziyyətdə ağladığı təsvir olunur.Nitsşe haqqında İrvin Yalomun qələmə aldığı “ Nitsşe ağlayanda” kitabında isə bir gün həkimin ona “ dostum” deyə müraciət etdikdən sonra ağladığını görür.Səbəbini soruşduqda isə ona indiyə qədər dostum deyən olmamışdır cavabını verir.Burdan görə bilərik ki,tənahalığa qaçan biri olsada o bir insandı.İnsanın sosial varlıq olması təbiətinin özündə yatır.

Yıxılma hadisəsindən sonra xəstanaya gətirilir.Deyilənlərə görə tələbəlik illərində yoluxduğu sifilis mikrobunun nəticəsi olduğu təxmin edilən dəliliyə düçar olur (atasınında bu xəstəlikdən öldüyü bəzi mənbələrdə göstərilir).11 il ərzində heçkimlə danışmayan Nitsşe 1900-cü ildə vəfat edir.Və dəfn olunduğu yerlə doğulduğu yer arasında cəmi 30 metr məsafə.Həyatı boyu yorulmadan hər şeydən qaçan,tək yaşayıb,evindən çox uzaqlarda özünü tapmağa çalışan bu adam doğulduğu yerə qayıtmışdır.

 

İstinad :

https://www.youtube.com/watch?v=OpU9wgEa_pA

https://www.youtube.com/watch?v=ByINjJ0DFMk

https://az.wikipedia.org/wiki/Fridrix_Nits%C5%9Fe

https://www.dr.com.tr/Kitap/Nietzsche-Agladiginda/Edebiyat/Roman/Dunya-Roman/urunno=0000000065453

 

 

 

Paylaş: