teatr-ve-senet-aleminin-diqqetine
Müəllif: Publisist.az /Tarix: 2023-05-17 /Oxunma Sayı: 542

TEATR və Sənət aləminin diqqətinə!

Sabah Azər Paşa müəllimin dünyadan köçməsinin 40-cı günüdü.
Məni tanıyanlar bilir ki, o mənim nə qohumum deyil, nə qonşum, nə doğmam. Cəmi 3-4 dəfə şəxsi ünsiyyətim olub onunla. Amma məni tanıyanlar həm də onu bilir ki, mən hər zaman sözün düzünü deyən, həm də birbaşa və açıq deyən biri olmuşam.
Bu gün də A. P. Nemətov və F. Poladov münasibətinə dəqiq bildiyim bəzi açıqlamaları verəcəm. Çünki mənim hər bir Sənətkarımıza böyük hörmətim və rəğbətim olub həmişə, istər musiqidə olsun, istər kino, teatrda və s. Onlar bizim xalqımızı mənən inkişaf etdirən, varlığımızı yaşadan kəslərdir.
Düzdür, Azər Paşa müəllim biraz şöhrət sevən adam idi. Təriflənməyi xoşlayırdı. Özündən razı idi hardasa. Ama hansımız tərifi sevmirik ki? Hansı sənət adamı şöhrətpərəst deyil ki? Niyə özündən razı olmasın ki, yaratdıqlarına rəğmən... Dünənki uşaq adi departament rəhbəri olanda eqosu yeri-göyü dağıdır. Nəisə.. Keçək əsas məsələyə. Kənardan göründüyü kimi deyildi onların münasibəti. Onlar küsülü olduğu halda son dəfə Azər Paşa müəllim, F. Poladovun qrim otağına enir direktor olsa da, və Fuad müəllimə deyir ki-Fuad niyə bizim münasibətimiz belə oldu axı? Axı biz dostuq və əl uzadır. Fuad müəllimdə tərzini pozmadan-Sən mənim dostum zadım deyilsən! -deyərək, onun tərəfə belə dönmür. Və Azər Paşa da bir kişi qürurunu qoruyaraq-dostun deyiləmsə, deyiləm də,- deyərək çıxıb gedir.. Və bu onların son dialoqu olur.
Amma buna baxmayaraq o hər tamaşadan sonra özünün şəxsi sürücüsünə tapşırır ki, tamaşalar bitəndən sonra F. Poladovu gözləyib, aparıb evinə qoysun. Deyir ki-tamaşadan tərli-tərli çıxır, birdən xəstələnər, gözləyək, apar evinə.
Və eyni zamanda Azər bəyin şəxsi sürücüsü öz tapşırığı ilə F. Poladovun qızını düz 2 il Üniversitetə aparıb-gətirirdi. (Mən sürücüsü ilə şəxsən görüşüb, danışıb və araşdırmışam) Etiraf edib ki-bəli düz 2 il mən həm də Fuad müəllimin qızını üniversitetə aparmışam, Azər müəllim isə səhər işə taksi ilə getməli olurdu. Bütün Az. Drama bilir ki onun sürücüsü 15 il Azər Paşanın yanında olub və onu oğlu kimi istəyirdi. Son günlərinəcən də onu tərk etmədi. Müdirə sürücüdən yaxın heç kim olmur.)
Və bir də etiraf edək ki, F. Poladov Rus dram teatrında idi və geriləyirdi. Məhz Azər müəllim onu Milli Dram teatrına çağırdı və "Hamlet" tamaşasında ona baş rolu verdi. Bununla Poladov yenidən partlayış etdi və gündəmə qayıtdı. Daha sonra ona "Afinalı Timon", "Boyçiçəyi" və "Şah Qacar" - da baş rolları verir. Dramada işləyənlər məni təsdiqləyər. Və mən bu tamaşaların hər birində zalda olmuşam. Deməyim o ki, Azər müəllimin, Poladova münasibəti pis olsaydı yuxarıda sadaladığım o qayğını və diqqəti danışmaya-danışmaya ona göstərməzdi. Baxmayaraq ki son dialoqlarında Poladov ona-Sən mənim dostum deyilsən! - deyərək barışıqdan imtina edir. A. Nemətov isə yenə də öz mərdliyindən qalmır.
Bizim sənət adamları arasında hər zaman belə hallar olub. Q. Qarayev və F. Əmirov, T. Quliyev və R. Hacıyev və sair kimi. Adətən belə adamların arasına girir və üz-üzə qoyurlar. Umu-küsü yaradırlar. Ama bu onların heç birinin sənətinin böyüklüyünə və şəxsiyyətlərinə təsir etmir. Onlar hər biri xalqımızın mənəvi sərvətləridi. İncəsənətimizi, Mədəniyyətimizi yaradıb, milli kimliyimizi göstərən Şəxsiyyətlərdir. Xalq və tamaşaçılar olaraq onlara minnətdar olmalıyıq. Mən Fuad Poladovu da çox sevmişəm və sevirəm. Onu görəndə sevgimi gizlədə bilməmişəm heç vaxt. Ama bu söhbətdə daha çox Azər Paşa Nemətov pisləndi və zərər çəkdi. Mən isə haqqı bilən biri kimi bu bildiklərimi sənət camiəsinin diqqətinə çatdırmağı özümə borc bildim, cavan bir sənət nümayəndəsi kimi. Paylaşdığım foto isə dediklərimin əyani sübutudur. Azər müəllim, F. Poladovun məzarını ziyarətə də gedirdi. Demək ki əsl sədaqətli və mərd dost imiş. Bu faktdır!
Gəlin hər iki Sənətkarımıza Allahdan rəhmət diləyək və ruhlarına dualar edək! İncitməyək ruhlarını.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur