tesviri-senetimizin-boyuk-agasi-boyukaga-mirzezade
Müəllif: Publisist.az /Tarix: 2022-02-21 /Oxunma Sayı: 892

Təsviri sənətimizin böyük ağası Böyükağa Mirzəzadə

Bu gün təsviri sənətimizin böyük ağasının Böyükağa Mirzəzadənin doğum günüdür!

Yaradıcılığa erkən yaşlarında başlayan Böyükağa Mirzəzadənin hələ gənclik illərində rəngkarlıq və qrafika sahəsində müxtəlif mövzuları əhatə edən əsərləri qiymətli sənət nümunələrindən heaab edilir.Təhsil aldığı illərdə incəsənətin bütün sirlərini mənimsəyən rəssamın yetkin dövr yaradıcılığına Avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərir. Görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətində əks etdirir. Bu xüsusiyyətləri daşıyan əsərləri bir çox janrlarda özünü göstərir.
Portret janrı rəssamın yaradıcılığında əsas yerlərdən birini tutur. Bu janrda olan əsərlərində rəssam ifadəli poza, jest vasitəsilə qəhrəmanların simasını, onların fərdi xüsusiyyətlərini, xarakter və əhvalını dəqiqliklə əks etdirməyə nail olur. Niyazinin, Səttar Bəhlulzadənin, Lətif Kərimovun və başqalarının obrazlarını yaratdığı portretlər buna misal ola bilər.
İncəsənıt vurğunu olan rəssamın bədii sənət nümunələri arasında zərifliyi ilə seçilən balerinaların, rəqqasələrin incə təavirləri, bəzən səhnə arxasında keçirdikləri həyəcanları bütün reallığı ilə izləyiciyə təqdim olunur.
Böyükağa Mirzəzadənin fəhlə və əmək qəhrəmanlarının həyatına həsr olunmuş tabloları həyatiliyi ilə seçilir. "Çəltik yığımı", " Manqaçının portreti", "Lənkəranlı qızlar" belə əsərlərindəndir. Neft mövzusuna və sənaye mənzərələrinə də müraciəti nəticəsində yaranan sənət nümunələri isə onun hər janrda uğurlu ərsəyə gətirə bilmısindən xəbər verir.
 
 
 
 
 
 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur