unity-ile-oyun-yaradilmasi-istiqameti-uzre-intensiv-qisamuddetli-telimler-teskil-olunacaq
Müəllif: Publisist.az /Tarix: 2021-07-18 /Oxunma Sayı: 468

“Unity ilə oyun yaradılması” istiqaməti üzrə intensiv qısamüddətli təlimlər təşkil olunacaq

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Dynamic Box” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Unity ilə Oyun Yaradılması” (Game Development with Unity) üzrə qısamüddətli təlimə ərizə qəbulunu elan edir.

Bu kursda iştirakçılar oyun yaradılması prosesinin əsas prinsiplərini öyrənməklə yanaşı, oyun ideyasının formalaşmasından istifadəyə veriləcəyi ana qədər konseptin dizayna necə çevrildiyi haqqında faydalı biliklər əldə edəcəklər. İştirakçılar həm də video oyunların hazırlanması prosesinin hər bir mərhələsində dizayn, proqramlaşdırma, oyun mühərriki, kitabxanalar kimi müxtəlif elementlər və alətlərdən düzgün istifadə qaydalarını öyrənəcəklər.

Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcəkdir.

İştirak üçün əsas meyarlar:

  • C# proqramlaşdırma dili üzrə ilkin nəzəri biliklərə və təcrübəyə malik olmaq;
  • Obyekt-Əsaslı Proqramlaşdırmanın (OOP) prinsiplərini bilmək;
  • Hər hansı versiyalandırma sisteminin istifadəsini bacarmaq (məs. Git);
  • IDE-lərlə işləmək bacarığı (məs. Visual Studio);
  • Mükəmməl problem həll etmə bacarığı;
  • Yeni texnologiyaları və proqramları sürətlə öyrənmək qabiliyyəti.

Təlim müddəti: 4 ay

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Müraciətləri 31 iyul, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz: Link

Ətraflı: https://bit.ly/2VGUOrh

Mənbə: Facebook

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur