WordPress Development — CSS və JS yükləmək (loading CSS and JS files right method)
Salamlar. Bu mövzuda sizlərə JS , CSS fayllarını temanıza doğru metodla necə daxil edə biləcəyinizi göstərəcəm.
WordPress`də artıq <head> teqinin arasında <style> , <script> teqləriylə faylları sistemə daxil etmək doğru deyil. WordPress`in bu faylları daxil etmək üçün 2 əsas funksiyası var :
- JS faylları üçün — wp_enqueue_script() ;
- CSS faylları və fontlar üçün wp_enqueue_style() ;
İlk olaraq wp_enqueue_script() funksiyasına baxaq.
Bu funksiyanın ümumi yazılış forması bu formadadır :
wp_enqueue_script( string $handle, string $src = ‘’, array $deps = array(),string|bool|null $ver = false, bool $in_footer = false ) ;
Parametrlərin açılışlarına baxaq :
- $handle — daxil edəcəyimiz fayla verdiyimiz İD.
- $src — faylın ünvanı
- $deps — faylın aslı olduğu fayllar
- $ver — versiya
- $in_footer — scriptin footer və ya header bölməsinə əlavə ediləcəyini göstərir.
Nümunə :
wp_enqueue_script(‘main-theme-options’,get_template_directory_uri(). “/assets/js/satellitv-main.min.js”, array(‘jquery’) ,false,true);
İndi isə wp_enqueue_style() funksiyasına baxaq.
Bu funksiyanın yazılış forması :
wp_enqueue_style( string $handle, string $src = ‘’, array $deps = array(),string|bool|null $ver = false, string $media = ‘all’ )
Parametrlərin açılışlarına baxaq :
- $handle — daxil edəcəyimiz fayla verdiyimiz İD.
- $src — faylın ünvanı
- $deps — faylın aslı olduğu CSS faylları
- $ver — versiya
- $media —fayla uyğun media ayarları
Nümunə :
wp_enqueue_style(‘style’,get_template_directory_uri(). “/style.css”, array() ,false,’all’);
WordPress`də həmçinin fontlar da bu qaydayda temaya daxil edilir.
Nümunə :
wp_enqueue_style(‘google-font-poppins’, “https://fonts.googleapis.com/css?family=Poppins:400,500,600,700", ‘’, ‘’, ‘screen’ );
Oxyduğunuz üçün təşəkkürlər.
Müəllif : Jahangir Kazimli
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur