yay-riyaziyyat-dusergesine-qeydiyyat-basladi
Müəllif: Publisist.az /Tarix: 2024-05-24 /Oxunma Sayı: 137

Yay Riyaziyyat Düşərgəsinə Qeydiyyat Başladı!

Yay Riyaziyyat Düşərgəsinə Qeydiyyat Başladı!

Yay Riyaziyyat Düşərgəsində 9-cu sinif proqramını uğurla bitirib 10-cu sinfə keçid edən və riyazi biliklərinə güvənən bütün şagirdlər iştirak edə bilər.

 

3 mərhələdən ibarət olacaq yarışmada qeydiyyatdan keçmiş iştirakçılar birinci mərhələdə motivasiya məktubu yazır və öz şəxsi məlumatlarını təqdim edirlər. İkinci mərhələdə onlayn imtahan verib 25 riyazi sualı cavablandıracaqlar. Bu mərhələdən ən yüksək bal toplamış iştirakçılar müsahibə mərhələsinə dəvət alacaqlar. Sonda bütün mərhələləri uğurla başa vurmuş 15 şagird 22-27 iyun tarixlərində Quba rayonunda baş tutacaq 6 günlük Yay Riyaziyyat Düşərgəsində iştirak imkanı qazanacaq.

Təlimlərin sonunda final yarışı təşkil ediləcək və nəticədən asılı olaraq qaliblərə;

 

🥇1-ci yer 1500 AZN

🥈2-ci yer 1000 AZN

🥉3-cü yer 500 AZN

 

dəyərində mükafat təqdim ediləcəkdir.

Qeyd edək ki, düşərgədə iştirak etmək ödənişsizdir. Həmçinin iştirakçıların layihə müdətində nəqliyyat, qidalanma və qonaqlanma xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır. 

Sən də unudulmaz yay təcrübəni bizimlə qazan!
Müraciət et

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur