ramadan
Ramazana son -
zaman-art-gallery-de-heyat-idman-incesenet-adli-yeni-sergi-acilib
Müəllif: Publisist.az /Tarix: 2025-01-17 /Oxunma Sayı: 96

Zaman Art Gallery-də “Həyat. İdman. İncəsənət” adlı yeni sərgi açılıb

İncəsənətə və idmana dəstəklərini nümayiş etdirən “Qala Sığorta” və “Qala Həyat” şirkətləri idman mövzusunda əsərlər yaratmaq üçün bir sıra istedadlı rəssam və heykəltəraşı layihəyə cəlb ediblər.
Bir neçə ay davam edən layihənin nəticəsi olaraq yaradılmış hər bir əsər idmanın özünəməxsus qavrayışını, onun möhtəşəmliyini, ehtirasını və qələbə ruhunu əks etdirir.

Sərgidə rəsm, qrafika, heykəltəraşlıq, mozaika və s. kimi müxtəlif üslub və texnikalarda yaradılmış əsərlər nümayiş olunur. Onların arasında İrina Eldarovanın, Rafail Aliyevin, Niyaz Nəcəfovun, Aynurə Mahmudovanın, Hüseyn Haqverdiyevin, Günel Ravilovanın, Orxan Qarayevin, Sayalı Məmmədovanın, Rəşad Mehdiyevin, Vüsalə Ağarəzıyevanın, Rahib Qarayevin, Teymur Qəribovun, Məhəmməd Orucovun, Erkin Ələkbərlinin, Bibixanım Babayevanın, Fəzilə Rəcəbovanın əsərlərini görmək olar.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur