“20 Yanvar - Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçiriləcəkdir
Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan “20 Yanvar - Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçiriləcəkdir.
Tədbirdə millət vəkilləri, tərəfdaş qurumların nümayəndələri, qazilər, faciənin canlı şahidi olan fotomüxbirlər iştirak edərək o qanlı gecədə baş verənlər, həmin dönəmdə Azərbaycanda ictimai-siyasi vəziyyət, milli azadlıq hərəkatı və xalqımızın əzmkar mübarizə ruhu haqqında məlumat verəcək, qəhrəmanlıq salnaməmizin yazıldığı həmin o günlə bağlı öz fikir və xatirələrini sizinlə bölüşəcəklər.
Tarix: 17 yanvar, 2025-ci il, saat 11:30
Məkan: Milli Azərbaycan Tarixi Muzeyi
İştirak üçün qeydiyyatdan keçin.
Qeydiyyat üçün son tarix: 16.01.2025, saat 21:00
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur