Bakı şəhərində neft bumu memarlığı
19-cu əsrin ortalarından etibarən başlayan neft bumu milli memarlıq ənənələrimizə də təsirsiz ötüşmədi. Bakıda yerləşən onlarla bina bu dövrün gözəlliyini əks etdirir.
1800-cü illərin sonlarında Bakıda neft sənayesi sürətli inkişaf yoluna qədəm qoydu. Həmin dövrdə qədim şəhərdə yeni memarlıq üslubunda binalar tikilməyə başladı. Qotik, barokko, neoklassik və modern üslubları özündə ehtiva edən bu tikililər şəhərin ümumi mənzərəsi ilə harmoniya təşkil edirdi. Buna görə də turistlər Bakını “Qafqazın Parisi” adlandırırdılar. Əksəriyyəti alman və polyak memarları tərəfindən tikilmiş bu binalar Bakının mərkəzində Avropa ab-havası təəssüratı yaradır. Bakıda alman memarlığının ən möhtəşəm nümunələrini görmək üçün İstiqlaliyyət, Nizami, Əhməd Cavad, 28 May küçələrini dolaşa, yaxud bu dövrə sizi aparacaq turlara qoşula bilərsiniz. Dövrün ən mühüm abidələrindən olan neoqotik üslubda tikilmiş Xilaskar kilsəsinə də baş çəkməyi unutmayın.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur