onlayn-react-ve-next-js-dersleri-real-tecrube-esasinda
Müəllif: Elgun Mammadli /Tarix: 2024-03-05 /Oxunma Sayı: 129

Onlayn React və Next js dərsləri. Real təcrübə əsasında.

JavaScript biliyi olanlar üçün nəzərdə tutlan react və next js dərsləri onlayn şəkildə keçiriləcək. Kurs həftədə iki dəfə olmaqla şənbə və bazar günləri saat 10:00 - 13:00 aralığında baş tutacaq. Kursun əsas məqsədi react(next) istifadə edilərək bir layihənin başdan sonra yazılmasıdır. Siz bu kursda real iş mühitində istifadə edilən texnologiyalardan xəbərdar olacaqsınız. Layihədə apilər node js ilə mənim tərəfimdən əvvəlcədən yazılmışdır. Biz kursda front-end developer olaraq real apidən datanı necə alıb istifadə edəcəyimizi, həmçinin SSR(server side render) məntiqi ilə saytın hazırlanması prosesini görəcəyik. Kursun sonunda layihənin necə deploy oluncağını real olaraq göstərəcəm. 

Kurs mən - Məmmədli Elgün tərəfindən tədris olunacaq. 6 ildir bu sahədəyəm. Hazırda Jeyhun İmanov Studio(JİS) - da senior front-end developer və MERN stack vəzifəsində çalışıram. Eyni zamanda bu sahədə pedaqoji təcrübəmdə var. Yup Technology, Code Academy və Accent Acadmey - də front end dərslərini tədris etmişəm. 

Kurs 2 ay müddətində davam edəcək. Qrupda maksimum 5 nəfər ola bilər. Kursun qiyməti 200 azn təşkil edir. 

Əlaqə: 

Telefon (whatsapp) - 051 536 7875
Instagram
Linkedin
Youtube

Paylaş:

  1. Yup Technology MMC - də "Full Stack Veb Developer" kimi fəaliyyət göstərirəm. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğulam. Həm online həm də offline şəkildə təlimlər tədris edirəm.

    Veb Sayt : Elgun Mammadli