con-lokk-sehzade-ve-ayaqqabi-temircisi
Müəllif: Jovhar Kheyrulla /Tarix: 2021-01-31 /Oxunma Sayı: 892

Con Lokk "Şəhzadə və ayaqqabı təmirçisi"

   Con Lokka görə davamlı olaraq bizi eyni insan olmağa vadar edən şey şüurun mənəvi mövcudluğunun fərqində olması idi. Xatırlamadığınız hadisələr sizin heç bir parçanız ola bilməzdi. Bunu ifadə etmək üçün ayaqqabı təmirçisinin xatirələri ilə oyanan bir şəhzadəni və şəhzadənin xatirələri ilə oyanan ayaqqabı təmirçisini xəyalınıza gətirin. Şəhzadə hər zamankı kimi öz sarayında oyanır. Xarici görünüş baxımından yatan insanla eyni görkəmə malikdir, lakin, özgə xatirələrlə oyandığına görə ayaqqabı təmirçisi olduğunu zənn edir. Lokkun təməl fikri şəhzadənin ayaqqabı təmirçisi olduğunu hiss etməsində haqlı olmasıdır. Bədənsəl varoluş məsələni həll yoluna yönləndirmir. Əgər şəhzadə xatirələrinə sahibsinizsə şəhzadəsiniz.

Əlbəttə ki, gerçək həyatda xatirələr bu formada yer dəyişdirmir. Lokk bu düşüncə təcrübəsini məsələyə diqqət çəkmək üçün istifadə edirdi. Paralel olaraq, bəzi tədqiqatçılar eyni bədəndə birdən çox şəxsiyyətin ola biləcəyi fikrini irəli sürür. Bir bədəndə fərqli şəxsiyyətlərin var olduğu bu vəziyyət dissosiativ pozuntu adlanır. Lokk bunu təxmin edərək bir-birində tamamən əlaqəsiz iki şəxsin bir bədəndə birinin gündüzlər, birinin isə gecələr yaşadığını xəyalına gətirir. Əgər bu iki beyinin bir-biri ilə bağlantısı yoxdursa belə vəziyyətdə onlar, Lokka görə iki ayrı şəxslərdir.

Lokk tanrının insanları yalnız etdiyini xatırladıqları günahlar üçün cəzalandıracağına inanırdı. Pislik etdiyini artıq xatırlamayan biri günahı işləyən insanla artıq eyni şəxs ola bilməzdi. Şübhəsiz ki, gündəlik həyatımızda insanlar xatırladıqları şeylər haqqında yalan danışa bilərlər. Belə ki, biri əgər nə etdiyini unutmuş olduğunu iddia edərsə, hakimlər onu mühakimə etməkdə tərəddüd edəcəklər. Lakin, tanrı hər şeyi bildiyi üçün kimin cəzaya layiq olduğu, kimin layiq olmadığı aydınlaşacaqdır. Lokkun gəldiyi qənaətlərdən biri də budur: Bir nasist cəlladın xatirələri nasist həbs düşərgəsinin mühafizəçisi olan yaşlı adamla dəyişsəydi, yaşlı adam tanrı tərəfindən yalnız xatırlaya bildikləri üçün cəzalandırılardı.

 

 

 

 

Paylaş: