geleceyin-ixtisaslari
Müəllif: Publisist.az /Tarix: 2021-04-04 /Oxunma Sayı: 1017

Gələcəyin ixtisasları

Dünyada bir çox araşdırmalar aparılır. Bu araşdırmalardan biri də “İşlərin Gələcəyi” adlı araşdırmadır. İqtisadiyyatın 15 böyük, 9 sənayə sektorundakı 13 milyondan çox işçisi ilə bir araşdırma edilmişdir. Bu araşdırmanın nəticəsi heç də ürəkaçan deyil. Çünki, yaxın gələcəkdə nə qədər iş yerlərinin itiriləcəyini göstərir. Buna görə 2020 - ci ilə qədər 7.1 milyon iş ləğv olunacaq. Bunun qarşılığında isə 2.1 milyon yeni iş yaradılacaq. Yəni, 2020 - ci ilə qədər cəmi 5 milyon insan demoqrafik dəyişikliklər və texnoloji inkişaf səbəbi ilə işlərini itirəcəklər.

Süni intellekt, robot elmi, nanotexnologiya, 3D print, genetik və biotexnologiya kimi sahələrin inkişafı 4.0 Sənayə Dövrü yalnız iş modellərində deyil, iş bazarında da geniş bir dəyişimə səbəb olacaqdır. Gerçkləşən dəyişikliklərlə insanların xüsusiyyətlərinin də yeni sahələrə uyğun inkişaf etməsi təxmin edilir.

Hansı sahələrdə daha çox iş olacaq ?

İş baxımından gələcəkdə ən zəif təsir səhiyyə xidmətində baş verəcək. Səhiyyə xidmətini enerji, maliyyə xidmətləri və investtorlar izləyəcəkdir. Araşdırmaya görə iş itkiləri ən çox ağ yaxalılarda və inzibati sahələrdə olacaq. Yeni yaradılacaq işlərin ən çox “Kompyuter və Riyaziyyat” ya da “Memarlıq və Mühəndislik” kimi özəlləşmiş iş sahələrində haz düşünülür.

Ən çox ixtisasın ortaya çıkacağı sah ol isə İnformasiya və Rabitə Texnologiyalarında olacaqdır.

Gələcəkdə ən çox hansı ixtisaslar axtarılacaq?

Araşdırma gələcəkdə yeni iş sahələrinin sahib olacaq ixtisasları və sahələrin də analizini edir. Bunlardan bəziləri belədir:  Ən çox Data Analiz ixtisasına ehtiyac duyulacaqdır. Araşdırmaya  görə  data analistləri  2020-ci  ilə qədər  bütün  sənayelərdə çox  böyük  əhəmiyyətə sahib olacaqdır. Araşdırmadakı iştirakçılar gələcəkdə yaranacaq texnoloji qarışıqlığı faydalı informasiyalara çevirə bilmək üçün bütün sənayedə data analistlərə ehtiyac olduğunu bildirirlər.

Riyaziyyat və Kompüter sahəsi: Riyaziyyat və Kompüter sahəsinə daxil olan bütün ixtisaslarda böyük bir artım olacaqdır. Bu sahənin içərisində kompüter proqramistliyi,  Proqram  inkişaf  etdirmə  mütəxəssisliyi,  İnformasiya təhlükəsizliyi analistikliyi kimi ixtisaslar yer alır.

Memarlıq və mühəndislik:  Gələcək illərdə memarlıq və mühəndisliyə olan maraq artacaqdır. Araşdırma nəticəsi xüsusilə biokimya, nanotexnologiya, robot və malzeme sahələrində ixtisaslaşmış mühəndislərə diqqətin olduqca çox ilan qeyd edir.

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur