gundelik-qida-rasionunun-vacib-qidalari
Müəllif: Publisist.az /Tarix: 2022-01-28 /Oxunma Sayı: 631

Gündəlik qida rasionunun vacib qidaları

Ürəyin qidalanması prinsipi baxımından ürəyin və damarların sağlamlığına, o cümlədən ürək infarktı keçirən insanlara dəstək vermək üçün gündəlik qida rasionuna yarmaları, amma bütün növlərini deyil, aşağı qlikemik indeksi olan (tərkibində şəkərin miqdarı az olan) yarmaları əlavə etmək lazımdır. Hətta istəsəniz onları gündə bir neçə dəfə yeyə bilərsiniz.
Bunu kardioloq, tibb elmləri namizədi Anna Koreneviç özünün YouTube kanalında qeyd edib.
 
Siyahıda qarabaşaq yarması, yulaf yarması ( və ya herkules) və arpa yarması yer alıb. Bunlardan istəniləni hər gün bir neçə qaşıq yemək kifayətdir. Optimal olaraq bu məhsulları səhərlər qida qəbulu və ya fiziki yüklənmələrdən öncə rasionunuza daxil edə bilərsiniz.
 
Ürək və damarlar üçün faydalı olan digər qarnirlərdən mütəxəssis cilalanmayan düyünü, noxudu, lobyanı, mərciməyi, bulquru (buğda yarması) və kobud üyüdülən undan hazırlanan spagettini qeyd edib.
 
Qida rasionunda və ya bayramlarda istifadəsinə maksimal dərəcədə məhdudiyyət qoyulması tövsiyə edilən geniş yayılmış qarnirlərdən qızardılmış kartofu və püreni, habelə ağ cilalanmayan düyünü və tez hazırlanan sıyıqları göstərmək olar.
 
Kolbasa, paştetlər, pelmenlər, ketçup, mayonez, soya sousu, şirniyyatlar (o cümlədən bal və mürəbbə), kürə və əla növdən hazırlanan çörək (lavaş daxil olmaqla) "bayram" məhsullarındandır.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur