hondanin-istehsal-etdiyi-robotlar-asimo
Müəllif: Publisist.az /Tarix: 2021-02-26 /Oxunma Sayı: 509

Hondanın istehsal etdiyi robotlar - Asimo

Honda insanabənzər robotlarını 1986-cı ildən etibarən yaratmağa başlayıb. İlkin istehsal etdiyi robotlarda ayaq hərəkətlərinə fokuslansa da , daha sonrakı illərdə robotun hərəkətliliyini artırmaq üçün onlara baş, bədən, qollar da əlavə olunub. Şirkətin  ən böyük 1.9 m hündürlükdə, 175 kq ağırlıqda olan robotu 1993-cü ildə  ictimaiyyətə təqdim edilmişdir. Bu insanabənzər robot P1 adlanırdı. Bu modelin növbəti seriyaları isə 1996-cı ildə (P2), 1997-ci ildə (P3) yaradılmışdı. 

Bu gün Hondanı dünya texnologiya bazarında məşhurlaşdıran robotu Asimodur. Modelin ilkin versiyası 2000 - ci ildə yaradılsa da, daha sonralar iki dəfə təkmilləşmə mərhələsi keçmiş və daha yüksək keyfiyyətdə təqdim olunmuşdur. Robotun ən son versiyası 2011- ci ilə aiddir. Bu robot Carnegie Mellons un məşhur robotları siyahısına daxil olunmuşdur. 

Hündürlük: 130 sm

Çəki: 48 kq

Sürət: 9km/saat

Asimonun son versiyası hada avtonom halda təqdim edilmişdir. O, insanların hərəkətlərinə və ətrafdakı vəziyyətə uyğun hərəkət etməyi bacarır.Məsələn o davam etdiridyi hərəkətini dayandıraraq qarşısındakı  insanın niyyətinə uyğun olaraq hərəkətini dəyişdirə bilir. İnsan müdaxiləsi olmadan uzun müddət davranış nümayiş etdirmə bacarığına malikdir. Ofis şəraiti üçün daha uyğun dizayn edilmişdir. 

Asimonun ən əsas bacarıqlarından biri üz tanıma rejimidir. O, öncədən gördüyü insanı yaddaşına verərək daha sonradan onu tanıya bilir. 

Intelligence01
 
Asimo qabaqcadan quraşdırılmış sahə sensorlarının ötürdüyü məlumatlara əsaslanaraq qarşısından gələn şəxsin gedəcəyi yolu rahatlıqla təxmin edir. Həmin şəxslə toqquşmamaq üçün alternativ yoldan istifadə edərək istiqamətini dəyişdirir. 
 
Intelligence03
 
 
Asimo sürətli gəzmək, qaçmaq, geri qaçmaq, tək ayaq üzərində və ya iki ayaq üzərində tullanmaq bacarıqlarına da malikdir. 
Bu cür çevik hərəkətlərə sahib olması, Asimonu dəyişkən mühitdə daha bacarıqlı edir.
 
 
 
 
 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur