ibn-sina-terbiye-haqqinda-ne-deyir
Müəllif: Publisist.az /Tarix: 2021-01-31 /Oxunma Sayı: 856

İbn Sina tərbiyə haqqında nə deyir?...

Əxlaqın formalaşmasında iki tərbiyə üsulu vardır: Cəzalandırma və mükafatlandırma,  Düşündürmə və aydınlaşdırma

Cəzalandırma və mükafatlandırma

Effektiv tərbiyə işi 2 yaşından başlamalıdır. 2-6 yaş arasında uşaqlarda daha çox duyğular aktiv olduğu üçün bu yaşlarda hissi təsirlərlə uşağa tərbiyə veriləcək. Amma hissi təsirlər şəxsiyyətə deyil, birbaşa əmələ yönəlik olmalıdır.

Hissi təsirlər nə əməldən aşağı, nə də artıq olacaq, tam əskinə əmələ uyğun olmasına diqqət ediləcəkdir. Tərbiyə işində şəxsiyyətlə əməli bir-birindən ayırmaq tərbiyəçinin ən çox diqqət yetirdiyi cəhət olmalıdır.

Yetişməkdə olan bitkinin gövdəsini sıxıb saxlamaq onun təbii inkişafını boğduğu kimi uşağın da şəxsiyyətini əməllərinə uyğun olmayaraq yüksəltmək və ya alçaltmaq onun təbii təkamülünə zərər vuracaqdır. 6 yaşa qədər tərbiyə verilməyən uşaq səhra üzərində tikilən evə bənzəyəcək. Ondan sonra verilən tərbiyə effektiv ola bilsə də əks təsirlərə məruz qaldıqda qısa zamanda sabitliyini itirə biləcəkdir. Beləcə insan tez-tez müxtəlif hallara düşən şəxsiyyət tipinə çevriləcəkdir. Şəxsiyyətli olmağın ən vacib cəhəti isə sabit olmaqdır…

Düşündürmə və aydınlaşdırma

Uşaq 6 yaşından sonra düşüncə mərhələsinə keçməyə başladıqda ona əxlaqi münasibətlərin səbəbləri bildirilməklə tərbiyə veriləcəkdir. Beləcə əxlaqi qaydalar uşağa xaricdən təsir edən əmrlər olmaqdan çıxaraq daxildən gələn əmrlər halını alacaqdır. Məsələn uşaq yalan söyləməz, çünki özünə etimad edilməsini istəyər. Bu dövrdə uşağa düşündürərək tərbiyə verməklə yanaşı onun şəxsiyyət və mənliyinə ehtiram da çox böyük əhəmiyyət kəsb edir. Uşağın şəxsiyyətinə ehtiram onun özünə qarşı ehtiram duymasına səbəb olar ki, bu da başqalarının təsiri olmadan bir çox fəzilətləri qazanmasına gətirib çıxarar…

6 yaşına qədər verilən hissi tərbiyə ilə ondan sonra verilən düşüncə tərbiyəsi bir-birinə uyğun olmalıdır. Bu həm ikinci mərhələdə uşağın daha tez tərbiyə olunmasına, həm də şəxsiyyət tamlığına yetişməsinə səbəb olar. Çünki şəxsiyyət sabitsizliyi qədər şəxsiyyət qırıqlığı da insanın yetkinləşməsinə mane olar (şəxsiyyət sabitsizliyi 6 yaşına qədər verilməyən tərbiyə, şəxsiyyət qırıqlığı isə iki dövr arasında tərbiyə ziddiyyəti ilə ortaya çıxar)

Daq Nikalausun, İbn Sinanın Ruh anlayışı əsərindən.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur