“Impulse4Women” hakaton yarışması keçirir
Bacarıqlarınızla yaşıl dünya yaratmağa hazırsınız? Sizə növbəti hakaton yarışması xəbərimiz var!
Belə ki, agentliyimiz və İspaniyada fəaliyyət göstərən “Impulse4Women” assosiasiyasının birgə təşkilatçılığı ilə ətraf mühitin qorunmasına həsr olunmuş hakaton yarışması həyata keçiriləcək.
Yarışma çərçivəsində iştirakçılardan 3 əsas mövzü üzrə innovativ həllər qəbul edilir. İnnovativ layihənin həyata keçirilməsi üçün “Impulse4Women” assosiasiyası və “Transformation Lighthouse” tərəfindən mentorluq sessiyaları həyata keçiriləcəkdir.
Mövzular:
İqlim dəyişikliyi və onun sosial-iqtisadi təsirləri
Yaşıl enerji və alternativ həllər
Tullantıların idarə edilməsi və təkrar emal
Mükafatlar:
1-ci yer: $3000
2-ci yer: $2000
3-cü yer: $1000
Kimlər qoşula bilər?
Azərbaycan universitetlərində təhsil alan qadın tələbələr
Qeyd edək ki, iştirakçılar yarışmaya fərdi və ya komanda şəklində qoşula bilər.
Son müraciət tarixi: 24 Yanvar, 2025
İndi qeydiyyatdan keçin, qalib komandadan biri siz olun!
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur