Ali təhsil; Oxşar sahədə 6 ay iş təcrübəsi; Kompüter bilikləri: MS Office (Excel və Word); Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, rus və ya ingilis dili biliyi arzuolunandır; Operativ və məsuliyyətli.
Vəzifə öhdəlikləri:
Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi; İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi; İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması; Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi(sənədlərin yığılması, müqavilələrin imzalatdırılması, sistemdə qeydiyyatının aparılması, imtiyaz və təminatların verilməsi üçün müraciətin olunması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi); İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması(işçinin ərizəsinin alınması, əmrin yazılması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması); Digər strukturlardan daxil olan İR ilə bağlı sorğularının cavablandırılması; Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması; Hesabatların rəhbərliyə təqdim olunması; İş müraciətlərinin işə qəbul şöbəsinə yönləndirilməsi; Namizədlərin test mərhələsinin və müsahibələrin keçirilməsində dəstəyin göstərilməsi; Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərliklə görüşlərinin təşkil edilməsi.
İş şərtlərimiz:
İş qrafiki: 5 gün; Əmək haqqı: 637-731; İş saatları: 08:30-17:30;
Binəqədi ray, Mədən küçəsi 4 (Baş Dövlət Tol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz). Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Kiçik Mütəxəssis” yazaraq hr@auc.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Paylaş:
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur