İT və Proqramlaşdırma üzrə tələbə yaz düşərgəsi – IT Camp
“Bir Könüllü” Tələbə Təşkilatı, “EESTEC JLC Baku” və “IAAS” təşkilatlarının birgə təşəbbüsü ilə 24-29 mart tarixlərində Qubada tələbələr üçün İT və proqramlaşdırma üzrə yaz düşərgəsi təşkil ediləcək.
Düşərgə proqramlaşdırma dilləri (PHP, Python, Java, Javascript) və sistem inzibatçılığı istiqamətləri üzrə keçiriləcək.
Düşərgədə ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyələri üzrə təhsil alanlar və məzunlar iştirak edə bilərlər.
Qeydiyyat üçün link
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur