jurnalistler-ucun-telim-kecirilecek
Müəllif: Publisist.az /Tarix: 2022-01-31 /Oxunma Sayı: 452

Jurnalistlər üçün təlim keçiriləcək

JMMP (Journalism & Media Management Projects – Jurnalistika və Media İdarəçiliyi Layihələri) təşəbbüs qrupu Bakıda 10-13 fevral, 2022-ci il tarixində yayım və rəqəmsal media sahəsində peşəkar vərdişlərini inkişaf etdirmək istəyən jurnalistlər üçün təlim keçirəcək.
 
Təlim təşəbbüs qrupunun “Yayım mediasında və rəqəmsal platformalarda storitellinq (hekayəçilik), hədəf auditoriyası və nəticələrin ölçülməsi” layihəsi çərçivəsində həyata keçirilir.
 
Dörd günlük nəzərdə tutulmuş təlim proqramı “Storitellinq (Hekayəqurma və söyləmə) texnikasının yayım jurnalistikası / rəqəmsal mediada tətbiqi və «Google Analitics»in onlayn mediada yeri” mövzusunda olacaq. Təlimçilər USAID-in beynəlxalq media mentorluq dərəcəsini almış jurnalistlər Samirə Həsənli və Ramil Zeynallı olacaq.
Təlimdə nəzəri və praktiki bilgilər ən son beynəxalq təlim standartlarına uyğun hazırlanıb. Seçiləcək 10 jurnalist təlimin sonunda praktiki media məhsulları hazırlayacaq. Yerlər məhduddur.
Təlimdən qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz: https://bit.ly/3H4CICB
Təlim üçün son müraciət tarixi 8 fevral, 2022-ci ildir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur