ramadan
Ramazana son -
meshur-sirketlerin-virtual-tecrube-proqramlarina-qosulmaq-isteyirsinizmi
Müəllif: Publisist.az /Tarix: 2021-10-10 /Oxunma Sayı: 611

Məşhur şirkətlərin virtual təcrübə proqramlarına qoşulmaq istəyirsinizmi?

KPMG,Deloitte, Y Combinator, JPMorgan Chase, CITI Bank və digər məşhur şirkətlər…

Bəs evinizdə oturaraq bu şirkətlərdə təcrübə proqramında iştirak etmək imkanınız olduğunu bilirsinizmi? Bəli, səhv oxumursunuz. İndi dünyanın ən bilinən qlobal şirkətlərində təcrübə keçmək bu qədər asandır.

Necə? 

The Forage Virtual Təcrübə Platforması vasitəsilə siz olduğunuz yerdən adı keçən şirkətlərin təşkil etdiyi təcrübə və təlim proqramlarında iştirak edə bilərsiniz. Belə ki, 1 milyondan çox tələbə tərəfindən istifadə olunan bu platforma 70-dən artıq fərqli sahə üzrə bitirə biləcəyiniz proqramlar təklif edir. Şirkətlər öz virtual təcrübə proqramlarını platformaya yerləşdirir və istifadəçilər qeydiyyatdan keçərək proqramı 4-5 saat ərzində bitirə bilir. Platformanın başlıca üstünlüyü isə təcrübə proqramları üzrə hər hansı seçim kriteriyasının olmamasıdır. Yəni ki, qoşulmaq üçün etməli olduğunuz tək şey qeydiyyatdan keçməkdir. 

Onu da qeyd edək ki, şirkətlərin təklif etdiyi bu proqramları bitirdikdən sonra istifadəçilərə bununla bağlı dijital sertifikat təqdim edilir. Həmçinin, proqramı uğurla başa vurmuş şəxslərin həmin şirkətlərdə vakansiyaya müraciət etdiyi təqdirdə işə qəbul olmaq şansı 2-5 dəfə artmış olur.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur