pulsar-tariq-ulduzu
Müəllif: Publisist.az /Tarix: 2023-05-15 /Oxunma Sayı: 628

“Pulsar” (Tariq) ulduzu

"And olsun göyə və tariqə (gecə yolçusuna)! Sən haradan biləsən ki, tariq nədir?! O, qaranlığı yarıb keçən ulduzdur." (Tariq surəsi, 1-3)

Dövrümüzdə elmin inkişaf etməsi ilə bir çox planetin çıxardığı maqnit səs dalğalarını qeyd etmək mümkün hala gəlmişdir.

Bunlardan ən maraqlısı, elm adamlarının “pulsar” olaraq adlandırdığı ulduzun səsidir.

Bu ulduza “pulsar” adının verilməsi, onun ürək döyüntüsünü ya da qapı döyülməsini xatırladan səslər çıxarmasıdır.

Hal-hazırda Pulsar adlı ulduzdan yayılan səs tezliyini dinləyirsiniz.

Buna görə bu ulduza “pulsar adı verilib. Pulsar kəlməsi ingilis dilində “pulse” feilindən törəyib. “American Heritage” lüğətində bu feil “düzgün və ritmik döyünmək” mənasına gəlir. “Webster” lüğətində isə eyni kəlmə oxşar kökə mənsub başqa feil olan “pulsate”, yəni “ritmik olaraq genişlənmək, büzülmək və döyünmək” feilləri ilə ifadə olunur.

Nobel mükafatı laureatı astrofizik Jocelyn Bell Burnell, 1967-ci ildə İngiltərənin Kembric Universitetində apardığı tədqiqatlar nəticəsində nizamlı radio dalğasını qeydə almışdı. Ancaq həmin dövrə qədər ürək döyüntüsü kimi nizamlı döyüntülərin mənbəyi ola biləcək bir göy cismi məlum deyildi.

Lakin hələ 7-ci əsrdə Quranda bu ulduzun “Tariq” adlandırılması, Quranın Uca Allah tərəfindən nazil edildiyini sübut edən vacib möcüzədir.

Çünki ərəb dilinə “Tariq” kəlməsi də, “eşidiləcək tərzdə vurmaq, döyünmək, şiddətlə döyünmək” mənalarına gəlir.

"And olsun göyə və tariqə (gecə yolçusuna)! Sən haradan biləsən ki, tariq nədir?! O, qaranlığı yarıb keçən ulduzdur." (Tariq surəsi, 1-3)

Mənbə : Gizli Həqiqətlər

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur