ucluk-ve-ejdahalarin-sirri-hekaye
Müəllif: Publisist.az /Tarix: 2024-03-07 /Oxunma Sayı: 360

Üçlük və Əjdahaların Sirri - Hekayə

 

ƏJDAHALARIN SİRRİ

(UŞAQLARLA TANIŞLIQ...)

 Sentyabrın 15-i idi. Hamı məktəbə gedirdi. Bu uşaqların arasında 3 dost var idi. Aleks,Lian və Raya. Dəhlizdə gedərkən, uşaqlar yerdə dağılmış kitablar gördülər. Lian kitabları qaldırdı. Aralarında “ƏJDAHALARIN SİRRİ”  adlı bir kitab gördü və Alekslə Rayaya göstərdi. Zəng vuruldu. Lian kitabı çantasına qoydu, üçü də sinifə qaçdılar. Tənəffüsdə Cek dostların yanına yaxınlaşıb dedi:

- “Əjdahaların sirri” adlı kitabımı itirmişəm, təsadüfən siz görməmisiniz?

Lian tələsik cavab verdi:

-Xeyr, görməmişik!

Cek təəssüf hissi ilə onlarla sağollaşdı.

Raya Lianın yalan danışdığını görüb marağını gizlədə bilmədi:

- Ona niyə yalan dedin?

  Aleks də söhbətə qoşuldu:

 -  Lian, Raya düz deyir, niyə görə kitabın bizdə olmadığını dedin!?

 Lian dediyi yalana bəraət qazandırmaq üçün dostlarına üz tutdu:

-  Ceki, hamımız yaxşı tanıyırıq, o, “Əjdahaların sirri” adlı kitabı axtarır. Demək ki, əjdahalar haqqında sirri bilmək istəyir...

Tənəffüsün bitməsini bildirən zəng səsini eşidən Lian dostlarını dərsə tələsdirdi:

-Nə isə... idman dərsinə gecikirik, gedək.

İdmanla məşğul olandan sonra,  dostlar dincəlmək üçün otun üstündə oturdular. Müəllimdən icazə alıb telefon vasitəsi ilə əjdahalar haqqında  məlumat toplamağa başladılar. Bu zaman Cek onlara yaxınlaşıb dedi:

-  Sinif rəhbərimiz sizi ikinci mərtəbədə gözləyir. Özü də dedi ki, gələndə Raya direktordan jurnalı götürsün, Aleks müəllimlər otağından plakatları, Lian isə kitabxanadan “Cəngavərin hünəri” adlı kitabı tapıb gətirsin.

Dostlar tez bir zamanda müəllimin tapşırıqlarını yerinə yetirib sinfə getdilər. Müəllim uşaqları görüb onların tamaşa qurmalı olduqlarını söylədi.

 

1.                                 

ƏJDAHALAR DÜNYASINA SƏYAHƏT

Dərs bitəndən sonra dostlar birlikdə Rayagilə getdilər. Üçü də kitabı oxumaq üçün səbrsizlənirdi. Çantalarını bir kənara atıb kitabı oxumaq üçün masa arxasına əyləşdilər. Kitabı açan kimi içində güclü sehr olduğunu hiss ettilər. Lian oxumağa başladı:

“Əjdahalar dünyasına lazımsız!” Bu zaman  kitab güclü işıqlandı. Dostlar göyə qalxıb kitabın içinə girdilər və əjdahalar dünyasına düşdülər. Onlar heyrət içində idlər. Qarşılarında bir yol var idi. Dostlar bir az getmişdilər ki, irəlidə bir mağara gördülər. Heç düşünmədən mağaraya girdilər və qarşılarına uzunboylu, uzunsaclı, mavigözlü, ağüzlü bir qadın çıxdı. Qadın özünü təqdim edərək adının Sirena olduğunu bildirdi. O 20 ildən artıq idi ki əjdahalar dünyasında yaşayırdı və onlar haqqında  demək olar ki, hər şeyi bilirdi. Hətta, Əjdahaların uçuşunu, bacarığını, gücünü, sürətini, gizli güclərini və sirlərini də əla bilirdi! Ona görə də əjdahalar onu başçı kimi görürdü.

Sirena dedi:

- Siz bura necə düşmüsünüz?

Dostlar hər şeyi necə var idisə qadına danışdılar.

Bəs, o kitabı, hardan tapdınız? -deyə Sirena soruşdu.

Lian etiraf edərək söylədi:

 -  Biz məktəbin dəhlizində gedərkən, yerdə dağılmış kitablara rast gəldik. Mən onları qaldırdım və aralarında bu kitabi gördüm.

Raya Lianın sözünü təsdiqləyərək: “Sonra  yanimiza Cek gəldi”-deyib əlavə etdi.

 -  Hə, hə düzdür, Raya- Aleks davam etdi:

 - Cek bizdən “Əjdahaların sirri” adlı kitabı görüb-görmədiyimizi soruşdu.

Cekin adını eşıdəndə, Sirenanı elə bilki ildırım vurdu:

 - Nə..? Ce...Ce...Cek? Cek dediz?

Sirena təşviş içərisində görünürdü.

 - Hə, nə olub ki? -deyə Lian təəccüblə soruşdu.

Sirenanın səsində qorxu hiss olunurdu:

 - Ola bilməz!

Bu zaman Sirena və uşaqlar həm asta, həm də mökəm qışqırıq səsi eşitdilər. Onların qabağında yuxarıdan əjdahayla bir  oğlan endi!

 

 

 

CEK DƏYƏNƏYİ OĞURLADI !

Cek?! - Uşaqlar yekdilliklə səsləndilər. Sirena nəsə demək istəyirdi ki, əjdaha yenə qışqırdı. Səsin gücündən Sirenanın əlindəki dəyənək  yerə düşdü. Cek cəld tərpənərək dəyənəyi götürdü və gülməyə başladı:

-Ha...ha...ha! Nəhayət ki keçdi əlimə! İndi qorxun məndən!

- Qaytar onu!- Sirena hirslə qışqırdı.

Amma Cekın vecinə  olmadı, daha da gülməyə başladı.

-Onu qaytarmaq sənin üçün niyə görə belə vacibdir? -deyə, Raya soruşdu.

- O dəyənək çox vacib və qiymətli bir əşyadır. O  nəsildən-nəsilə keçərək əjdahalarin başcılarına verilir. Dəyənək vasitəsi ilə əjdahaları idarə etmək olur. O heç bir halda yaramazların əlinə keçməməlidir! Yoxsa, bütün əjdahaları özünə tabe edər. Sonra real dünyaya keçib, oraları da məhv edər!

 

Lian eşitdiklərindən dəhşətə gəlmişdi.

-Bu faciədir! O yaramaza  bızım dünyamızı məhv etməyə imkan verməməliyik və təbii ki, əjdahalar dünyasını da! Düzdü, uşaqlar?- deyə Lian dostlarına müraciət etdi.

-Əlbəttə, Lian! – deyərək uşaqlar Liana dəstək oldular.

Cek daha da bərkdən iztehza ilə güldü.

-Ha, ha, ha... Yazıqlar, alın dəyənəyi görüm necə ala biləcəksiz-deyə,Cek qürrələndi.

Birdən, Cekin əlindəki dəyənək, yox oldu. Sirenanın az qaldı ürəyi getsin.

Cek:

-Sirenanın dəyənəyi, əjdahanın mağarasındadır. Onu tapsaz dəyənək sizindir! Yox, əyər tapmasaz, dəyənək məndə həmişəlik qalacaq!-deyərək dostlara meydan oxudu.

-Yaxşı, Cek, oyun oynamaq istəyirsən? Oynayaq! Biz hazır. Dalımca gəlin, uşaqlar!

-Cek ilə zarafat pisdir! Əjdahanın köməyi olmadan ona qalib gələ bilməzsiz- deyə, Sirena uşaqlara məsləhət verdi.

-Əjdaha!?- Uşaqlar sevinclərindən nə edəcəylərini bilmədilər.

-Ah, ürəyim gedəcək! – deyən Lianın həqətən də ürəyi getdi, huşunu itirib yerə çırpıldı.

Alekslə, Raya: -Ah Lian, Lian!-deyə səslənərək, onu ayıltmağa baladılar...

Sirena hər bir uşaq üçün ayrıca Əjdaha təşkil etdi.

-Yaxşı, uşaqlar,gecikmək olmaz-deyib, Aleksə - SARMAŞIQ əjdahası, Rayaya - DALĞA əjdahası, Liana isə - GECƏ əjdahasını verdi.

 

   3

ƏJDAHANIN  MAĞARASI

Uşaqlar əjdahalarla tanış olmaqa başladılar. Onlar qəribə hisslər keçirirdilər. Bir tərəfdən qorxur, bir tərəfdən sevinir, bir tərəfdən də məsuliyyətli olmaq gərəkdiklərini anlayırdılar.

Sirena məktəblilərə ürək-dirək verərək:

-Görünür ki əjdahalar sizi sevdilər...haydı iş başına-dedi və uşaqlara əjdahaya necə minməli olduqlarını öyrətdi.

Uşaqlar əjdahaların belinə mindilər və uçmağa başladılarar. Əvvəlcə çətin gəlsə də, sonradan əjdahada uçmağa öyrəşdilər. Əjdahalar dostları birbaş Cekin bəhs etdiyi Əjdahanın mağarasına catdırdılar. Onlar əjdahaları mağaranın qarşısında qoyub, özlərı isə icəri girdilər. Mağaranın içi boş deiliydi. İçəridə divarlardan sarmaşıqlar sallanmışdı və bu sarmaşıqlardan mənbəyi bilinməyən, göz yaşı kimi dup-duru su damcıları axdıqca, onlardan çıxan qulağa xoşgəlimli səslər mağaranın fısıltılı sakitliyini vahiməli bir tərzdə pozurdu.

-Biz sanki, möcüzələr aləminə düşmüşuk!-deyə Lian dilləndi.

-Buralar əladır!-Aleks heyrətlə cavab verdi.

-Bu mağaranı elə bilki, sehirbaz yaradıb!-Raya heyrətini gizlətmədi.

“Sehirbaz deməzdim...” -Mağaranın lap dərinliyindən səs gəldi.

-Burda kimsə var?- Uşaqlar təəccüblə soruşdular.

Qaranlıqdan uzunboylu oğlan görsəndi. Sacları kömür kimi qara, gözləri isə alov kimi qırmızı idi. Bu oğlanın adı adi insanların adından ddeyildi. Sirenaya və yaxud Cekə oxşamırdı. Digərlərindən fərqli olaraq, onun qanadləri var idi. Və bu qanadlar qarğa qanadına oxşayırdı.

-Sən kimsən?- deyə, Raya soruşdu.

-Mən Azqard şahın böyük oğluyam.

-Qardaşın da var?- Raya soruşmaqda davam edirdi.

-Yox bacım var.

-Adı nədir?

-Əla, Raya dialoqa başladı- Alekslə Lian sevincək bir-birlərinə baxdılar.

Oğlan davam etdi:

-Bacımın adı Arieldi.

-Bəs sənin?

-Mənim Daymın.

Birdən, yerdə ilan kimi nəsə sürünməyə başladı. Məxluq başını qaldırıb düm ağ gözləri ilə uşaqlara baxmağa başladı.

Lian heyrət içində möhkəm qışqırmağa başladı:

-Aaa...Bu nə bədheybətdir?!

-Bu bədheybət deyil, mənim əjdahamdır!

Olar sənə bir sual verim?- deyərək Lian mağara sahibinə müraciət etdi

-Hə, buyur görək - Daymın gülümsəyər başı ilə təsdiq elədi.

-Siz hamınız belə anormal gicbəsərlərsiz, yoxsa aranızda ağıllı biri var?

-Lian! - Raya qışqırdı. -Aramızda anormalı varsa, o da sənsən!

Lian gözlərini döyə-döyə Rayaya baxdı,sonra üzünü Daymına tutub dedi:

-Bəs, sən niyə Azqard şahın yanında deyilsən?

Daymının mimikası dəyişdi.

-Nəsə olub? -Raya soruşdu.

Aleks söhbətə qarışdı:

-Bəs, Ariel hardadır?

-O qədər sual verdiniz ki, bilmirəm hansını cavablandırım. Bacım  “Ruhlar” meşəsindədir. Mən isə buraları qoruyuram. Bəs, siz bura necə düşmüsüz? Nə istəyirsiz?

Uşaqları elə bil ki, ildırım vurdu.

Lian qorxaraq dedi:

-Dəyənək! Ola bilməz! Bizim bir saatımız qalıb, tapmasaq Cek onu götürəcək!

Aleks dedi:

-Əjdahaları özunə tabe edib, real dünyaya keçəcək!

-Probleminizi başa düşdüm. Sizə kömək edə bilərəm-deyən Daymın əlini acdi. Əlinin içində sehrli şar yaranmağa başladı. Böyüyə-böyüyə bütün mağaranı bürüdü, və yoxa çıxdı. 

-Dəyənəyi tapdım! Amma dalğanın içində Cekı də hiss etdim. O buralardadır, dəyənəyi axtarır!

-Bunu necə elədin? -deyə Lian soruşdu.

Daymın cavab verdi:

-Məgər, bu sual indi belə vacibdır?! İnsan, Cekə iki saniyə lazımdır ki, dəyənəyi tapsın! Cəld olun!

Raya dedi:

-Oldu, bos!

-Bos?! -Alekslə,Lian təəccübləndilər.

Daymın təəccübləndi, amma sonra gülümsədi. O, üçünə də qulaqlıq verdi və əlavə etdi:

-Bunları gözunuz kimi qoruyun! Bunlarla, bir-birimizlə əlaqə saxlaya bilərik.

Və öz əjdahasına səslənərək, -Taro, başla- dedi.

Əjdaha möhkəmdən qışqırdı. Mağaranın çıxış tərəfindən səslər gəlirdi. Səslərə görə, bilmək olardı ki, dostlar tərəfə nəsə yaxınlaşırdı. Əjdahalar sahiblərinin yanına gəldilər. Dostlar Daymının dediyi yerərlə gedib, dəyənəyi axtarırdılar. Daymın dəyənəyin yerini itirməmək ücün tez-tez sehrli şar yaradırdı. Amma, təəssüf ki, Cek dəyənəyə çox yaxın idi! Əjdahaların sürəti və Daymının əmri ilə dostlar dəyənəyin yanına Cekdən tez çatdılar. Onlar o qədər sevinirdilər ki...demək olar ki oyunu qazanmışdıalr. Lian sehrli dəyənəyi əlinə alanda özünü qalib kimi hiss edirdi. Alekslə Rayanın sevincinin həddi-hüdudu yox idi. Raya bu qələbəyə görə Daymına gözləri ilə təşəkkür etdi. Uşaqlar dəyənəklə birgə geri qayıtdılar. Və təbii ki, Daymın onları tək buraxmadı. Öz əjdahasına minib insan qonaqları ilə birlikdə çıxış tərəfə uçdular. Onlar Sirenanın yanına gəldilər. Sirena uşaqları görəndə çox sevindi, amma Daymını görəndə kefi pozuldu. Daymının da üzü mimikası dəyişdi. Görünürdü ki Sirana ilə Daymının arası heç də yaxşı deiliydi.

 

4

LİAN ARİELİ XİLAS EDİR

-Yadınızdadır, Daymın dedi ki, Ariel ruhlar meşəsindədir?-deyə, Lian dostlarına üz tutdu.

-Hə, yadımdadir. Amma nəyə görə orda olduğunu, demədi-Aleks cavab verdi.

Raya söhpətə qarışdı:

-Özu mağaranı qoruduğunu dedi, amma Ariel haqqında bir şey demədi.

-O zaman, meşəyə gedib, Arielin nəyə görə orda olduğunu, elə Arielin özündən soruşaq! Əla fikir deyil, uşaqlar?-deyə Lian səsləndi.

Aleks könülsüz halda:

-Nəsə bu fikir, heç xoşuma gəlmir, Lian!

-Nəyə görə, axı?- Lian  soruşdu.

-Əgər  lazım olsaydı, Daymın özü Arielin nəyə görə, orda olduğunu  ordaca bizə deyərdi.

-Hə, düzdü. Amma, gəlin buna əyləncə və macara kimi baxaq. Vaxtımız var hələ... Maraqlıdır! Bəlkə, qarşımıza ruhlar da çıxar!- deyə, Lian dostlarını fikrlərindən döndərməyə başladı.

Raya:

-Onda mən çantalarımızı yığıb, meşəyə getmək üçün hazırlaşım-deyə, razılığını bildirdi.

Lian:

-Mən də telefonumu, fanarımı və kəndir götürüm.

Aleks:

-Yaxşı Lian, onda məndə hər ehtimala qarşı xəritəni də götürüm.

Uşaqlar hazırlaşdılar. Xəritəni götürüb, əyinlərini geyinib, yola düzəldilər. Məşəyə girməyə beş-altı metr qalmışdı. Bu zaman onların diqqətini meşədən gələn səs çəkdi. Bu insan səsi idi. Səsin tonundan aydınlaşırdı ki kimsə köməyə çağırır və köməyə ehtiyacı olan bir qızdır.

Dostlar meşəyə girməyə tələsdilər.  Meşəyə girən kimi onların qarşısında 2 yol göründü.

Aleks xəritəyə baxıb dedi:

-Biz sola getməliyik.

Lian tez dilləndi:

-Yox, yox, gəlin sağa gedək! Sağ tərəfdən qız səsi gəlirdi.

Raya qorxmuş halda etirazını bildirdi:

-Sən nə danışırsan?! Bura ruhlar meşəsidir! Azıb qalsaq nə edəcəyik? Məni öldürsəniz də sağa getmərəm!

Amma Lian səs gələn tərəfə getməkdə qərarlı idi. Üzünü Aleksə tutaraq:

-Aleks, bəs, sən? Mənlə gedərsən? Yoxsa, sən də...

        -İncimə, Lian. Raya düz deyir, ruhlar meşəsində, xəritə deyən yolla getməliyik! Bizim burda, ümumiyyətlə bu planetdə, bu dünyada  tanıdığımız yer yoxdur. Onsuz da risk edirik. Və  bir yanlış hərəkətimiz bizə baha başa gələ bilər. Yaxşısı budur, sol tərəfə gedək- deyə Aleks Liani razı salmaq istədi.

Amma Lianı qərarəndan döndərmək olmadı. “Gəlmək istəmirsinizsə, gəlməyin! Mən tək gedəcəyəm!”-deyib sağ tərəfə qaçdı. Raya onu dayandırmaq istədi, arxasından nə qədər səslənsə də Lian onu eşitmədi! Çünki artıq çox uzaqlaşmışdı.

Lian səs gələn tərəfə tələsirdi. Çalışırdı ki səssiz olsun. Lianın əjdahası Ştorm onu tək qoymadı. Onlar uzaqdan bir ocaq işığı gördülər. Lian ora yavaş-yavaş yaxınlaşdı. Gördü ki burda bu aləmin sakinlərindən olan adamlar yiğışıb. Onları bir az seyr etmişdi ki gözü ağaca bağlanmış qıza sataşdı. Qızın uzun, qırmızı sacları, və ot rəngində yaşıl gözləri va idi.

Lian ürəyində Alekslə Rayanı məzəmmət etdi: -Eh, uşaqlar, çox şey itirdiz. Əsl macəra indi başlayır.

Lian  ağaca bağlanmış qızı xilas etmək qərarına gəldi. Telefonunun işığını yandırıb, uzaqdaki kolun içində gizlətdi. Özü isə əvvəlki yerinə qayıtdı. Adamlar işığı görüb, onun nə olduğunu bilmək üçün kol tərəfə getdilər. Lian yerindən çıxıb, tez qıza tərəf qaçdı. Onu çətin də olsa, ağacdan açdı. Heç nə soruşmadan qızla birlikdə öz əjdahasına mindirib oradan uzaqlaşdılar. Adamlar qayıdıb qızı yerində görməyəndə çox gəzəbləndilər.

Onların başcısı qəzəblə dedi:

-Bizdən  başqa, burda kimsə var! Arieli xilas edən çox peşman olacaq!

Onlardan biri soruşdu:

-Bos, Arielin yerinə siz onu həps edəcəksiniz?

-Yox! Mən ona çox zülm verəcəyəm!-başcı hirsindən dodaqlarını çeynədi.

Lian çalışırdı ki, dostların yanına tez çatsın. Alekslə Raya Lianın sağ-salamat gəldiyini görüb çox sevindilər. Ona tərəf qaçıb qucaqlaşdılar. Amma Arieli görəndə təəccübləndilər.

-Raya pıçıltı ilə Liana dedi:

-Lian, bu kimdir?

Lian cavab verdi:

-İnanırsan ki, heç özümdə bilmirəm?

-Ariel dilləndi:

-Görünür ki siz məni tanımırsız. Birincisi, mən öz xilaskarıma minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ ol, sənə ömrüm boyu minnətdaram. O ki qaldı kimliyimə... Mən Azqard şahın kiçik qızıyam. Mənim adım...

- Aleks, Lian və Raya Arielin sözünü kəsib yekdilliklə dedilər:

- Adın Arieldi?

- Ariel təəccübləndi:

- Hardan bildiz?

Aleks dedi: sənin qardaşın Daymn olmasaydi, biz Sirenanın dəyənəyini tapmazdıq!

Sirenanın adını eşidəndə Arielin üz ifadəsi dəyişildi.

Lian dözməyib soruşdu:

- Azqard şahıyla və Sirenanin arasında nəsə xoşagəlməz hadisə olduğunu bilirik! Amma dəqiq nə baş verdiyini  bilmirik. Bizə bu məsələni açıb deməsən səni buraxmayacağıq!

Ariel gözlərini yerdən qaldırıb, üzünü Lian tərəfə tutdu və dedi:

-Vaxtilə Sirena və mənim atam Azqard çox yaxın dost idilər. Bir gün  Cekın anası kraliça Anna bizim torpaqlara hücum etdi. Atam Azqard Sirenanın oğlu Tayleri tapa bilmədiyinə görə, onu müdafiə edə bilmədi. Sirena çox qəzəblənmişdi. Ancaq, Tayler itməyib! Onun bacısı başqa məkanlara portallar aça bilir. Tayleri xilas etmək üçün qunduzlar meşəsinə portal açdı. Amma bilmirdi ki, ordan qayıtmaq üçün geriyə portal açmaq olmur! Ordan qayıtmaq üçün 20 il keçməlidir!

         -Bircə dəqiqə... Onun neçə yaşı var idi? -deyə, Lian soruşdu.

        Ariel cavab verdi:

-O vaxt Taylerin beş yaşı var idi.   

               Raya dostlarına tövsiyə etdiki, bu barədə ətraflı  Sirenadan soruşaq.

Bu fikir uşaqların xoşuna gəldi. Əjdahalara minib yola düzəldilər.

 

 

TAYLERİN AXTARIŞI

( 1 ) HİSSƏ...

Dostlar Sirenanın yanına gəlib Arieli ona təqdim etdilər. Sirena uşaqlarsız da, Arielin kim olduğunu çox yaxşı bilirdi. Uşaqlar da, bunu bilirdilər, amma söhbəti belə başlamağa qərar verdilər. Onlar Azqard haqqında, Tayler haqqında bilik əldə etmək istəyridilər. Fəqət, çoc təəssüf ki, Sirena bu barədə heç nə danışmadı.

Lian yavaşça Rayanın qulağına pıçıldadı:

-  Mövzunu dəyişdirib burdan uzaqlaşmalıyıq. İndi burdan çıxsaq Daymının yanına geçə yarısı çatarıq. İstədiyimiz məlumatı bizə Daymın verə bilər!

Raya Lianın dediyi kimi söhbəti dəyişib getməyi təklif etdi. Ariellə Aleks Lianın planını bilmədiklərinə üçün etiraz etdilər.  Amma Lianın işarəsini anlayıb getməyə qərar verdilər.

Uşaqlar əjdahalara minib əjdahanın mağarası tərəfə uçdular. Lianın dediyi kimi, Daymn Sirenanın ailəsindən, Taylerdən, Taylerin bacısı Larendən, Cekın anası kraliça Annadan, Azqard şahın anasının saxladığı sirri də çox yaxşı bilirdi. Ariel Daymını görəndə çox sevindi. Üstünə qaçıb onu qucaqladı. Hətta gözləri də yaşardı. Görünürdü ki, Ariel qardaşı üçün çox darıxmışdı. Daymın dostlara çox təşəkkür etdi. O Rayaya Qunduzlar meşəsinin xəritəsini, Aleksə kompas, Liana isə, balaca torabada xırda dəmirdən toplar verdi.

Daymın dedi: Bu topları, lazım olan yerdə yerə atanda, tüstü çıxacaq. Tüstü qutarana qədər qaçıb gözdən itməlisiniz.

         Raya dedi:

 -  Bəs sən bizimlə getmirsən?

                 -Düzü, bilməzdim mənim də gəlməyimi istəyərsiz...Yaxşı, istəyirsinizsə gəlim-deyə, Daymın razılaşdı.

Ariel Ruhlar meşəsinə qayıdıb əjdahasını götürdü. Hamı əjdahalara minib Qunduzlar meşəsinə tərəf yollandılar. Azqard şahın krallığından çıxıb, kraliça Annanın qalasına tərəf uçdular.

 

 

TAYLERİN AXTARIŞI

( 2 ) HİSSƏ...

Kraliça Annanın qalasının divarında böyük güzgü var idi. O güzgü, kraliça Annaya dünyayda baş verən hər şeyi  göstərirdi. Buna görə də kraliça Anna, uşaqların gəlməyini bilirdi. Uşaqların arasından ən çox, Daymından zəhləsi gedirdi. Çünki, onun uduzmağı, Daymının sehrli şar yaratmasına görə oldu. İndi isə, o qısas almaq istəyirdi. Qaravulçularına əmr verib, uşaqların gəlməyini gözləməyə başladı…

 

( ARDI VAR... )                                                                                   

 

Müəllif: Ayan Xeyrullayeva - 12 yaş

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur