yay-sezonu-tecrube-proqrami
Müəllif: Publisist.az /Tarix: 2022-06-29 /Oxunma Sayı: 571

"Yay Sezonu" təcrübə proqramı


Yeni sezonda maraqlı layihə ilə sizlərin qarşınızdayıq

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı  ilə "Yay Sezonu" Təcrübə proqramına start verir!

 Layihədə əsas məqsədi:
 Gənclərə yay aylarında həm nəzəri, həm praktiki təcrübə qazandırılması;
 Asudə vaxtlarının səmərəli və faydalı dəyərləndirilməsi;
 Şəxsi inkişafın təkmilləşdirilməsi.

 Tezliklə həyata keçiriləcək möhtəşəm layihədə:
 Şəxsi inkişafı və liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi üçün təlimlər;
 Motivasiya yönümlü uğurlu gənclərlə  görüşlər;
 Müxtəlif, maraqlı yerlərə infoturlar;
 İntellektual və interaktiv oyunlar;
 "Out-reach" fəaliyyətlər.

 İyul -Avqust aylarında keçirilməsi nəzərdə tutulan "Yay Sezonu" təcrübə proqramının son mərhələsində gənclər arasında müsabiqə təşkil olunacaq!
Müsabiqənin əsas mahiyyəti, gənclərin ideya və təkliflərinin layihə şəklində yazılması və qiymətləndirilməsindən ibarət olacaq.

Qeyd:Layihəni uğurla başa vuran gənclər sonda SERTİFAKTLA təltif olunacaq

Sən də "Yay sezonu" təcrübə proqramında təcrübə qazanmaq istəyirsənsə, elə indi Bizlərə Qoşul




Son qeydiyyat tarixi: 30 iyun, 2022, saat 18:00

Qeydiyyat Linki

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur